Bismillahir rəhmanir rəhim
Qeybəti suğranın başlamasının ardından bəzi fırıldaqçılar xalqın cəhalətindən istifadə etmiş və qaib İmamın naibliyi iddiasıyla insanları aldadaraq,
bu vəsiləylə böyük bir mövqe əldə edib müxtəlif insanlardan maddi çıxarlar təmin etmişlər idi. Bu vəziyyətdə naiblərin kimlər olduğunu və insanların İmam Zamanla (ə.f) əlaqə xüsusiyyətini və bu əlaqənin kimlər vasitəsiylə qurulduğunu izah etməmiz lazımdır:
Qaybəti suğra dövründə xalq Hz. Sahib-ul Əmri (ə.f) görməkdən məhrum idilər. Amma əlaqə tamamilə kəsilməmişdi. Bab, naib və vəkil olaraq adlandırılan bəzi kəslər vasitəsiylə İmamla əlaqəyə keçir, ehtiyaclarını aradan qaldırır və dini problemlərini həll edirdilər. Mallarına düşən İmamın payını da (xüms) o naiblər vasitəsiylə göndərirdilər. Bəzən İmamdan (ə.f) maddi kömək tələbində olurdular.
Bəzən xəstələrinin yaxşılaşması və övlad tələbi üçün İmamdan (ə.f) dua etmələrini istəyirdilər. Bəzən də İmam (ə.f) bir tələb olmadan bəzi şəxslər üçün pul, paltar və ya kəfən göndərirdi.
Bütün bu işlərdə müəyyən insanlar vasitəçilik edirdilər. İstəklər məktubla göndərilir, cavabları da şəxsən İmam (ə.f) tərəfindən yazılırdı ki bu da istilahi olaraq “təvki” deyə adlandırılırdı.
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.