Bismillahir rəhmanir rəhim
“Qeybəti suğra və qeybəti kübra”dan məqsəd nədir?
On ikinci İmamın qeybəti iki dövrə ayrılır. İlki, doğum tarixi olan hicri 255 və ya 256 və ya atasının vəfat ili olan 260 ilindən başladı və 329-cu ilə qədər davam etdi.
Bu müddət boyunca hərçənd insanların gözünə görünmürdü; amma tam bir əlaqə qopuqluğu söz mövzusu deyildi. Xüsusi naiblər İmamın hüzuruna çatır və insanların sual və ehtiyaclarını çatdırır və cavab alırdılar. Problemləri aradan qaldırırdılar. Bu 74 və ya 69 illik qeybət dövrünə “qeybəti suğra” deyilir.
İkinci qybət, xüsusi naiblərin sonuncusunun vəfatıyla yəni 329 ilində başladı və zühur zamanına qədər davam edəcək. Buna da “qeybəti kübra” deyilməkdədir. Hz. Peyğəmbəri Əkrəm (s) və Əhli Beyt İmamları da bu iki qeybəti xəbər vermişlər idi. Belə isə bir neçə nümunə:
İshaq ibn Əmmar belə deyir: “Hz. Sadiqin (ə) belə buyurduğunu eşitdim:
“Qaimin iki qeybəti olacaq. Biri uzun, biri qısa sürəcək. Birinci qeybətində yalnız xas şiələr onun yerini biləcəklər. Amma ikinci qeybətində isə xüsusi dini dostları xaricində heç kim onun yerini bilməyəcək. “[1]
İmam Sadiq (ə) belə buyurur: “Hz. Sahib-ul Əmrin iki qeybəti vardır. Biri o qədər uzun sürəcək ki, bəziləri “ölmüşdür”, bəziləri “öldürülmüşdür”, bəziləri də “getmişdir” deyəcək. Onun varlığına inanan və imanında sabit qalan çox az kimsə qalacaq. O zaman xüsusi xidmətçisi xaricində heç kim onun yerini bilməyəcək. “[2]
Bu barədə eyni mənanı ifadə edən 8 hədis daha vardır.
[1]- Isbat-ul Hüdat, c. 7, s. 69; Bihar-ul Ənvar, c. 52, s. 155.
[2]- Bihar-ul Ənvar, c. 52, s. 153.
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.