Bismillahir Rəhmanir Rəhim
Vəd edilmiş Mehdinin qeybət hadisəsini Hz. Peyğəmbəri Əkrəm (s) Əli b. Əbi Talib və digər imamlar da müsəlmanlara xatırlatmış, səhabələr və tabein arasında bu hadisə məşhur bir hala gəlmişdir. Bu məsələ o qədər məşhur idi ki, bəzi ravilər, alimlər və Əhli Beyt İmanlarının səhabələri hələ İmamı Zaman, o həzrətin atası və babası belə doğulmadan, qeybət haqqında bir çox kitablar yazmış, Mehdi ilə qeybəti haqqındakı hədislərin bütününü qeyd etmişlər. Bunların adları fical kitablarında keçir. Buna bir neçə nümunə təqdim edək:
1- Əli b. Həsən b. Məhəmmədi Taəsi Tatəri: Musa b. Cəfərin (ə.s) səhabələrindən biri olub qeybət haqqında bir kitab yazmışdır. Eyni zamanda da fəqih və etibarlı biri olmuşdur. [1]
2- Əli b. Ömər Kufi: Musa b. Cəfərin (ə.s) səhabələrindən. [2]
3- İbrahim b. Salehi Ənmati: Musa b. Cəfərin (ə.s) səhabələrindən. [3]
4- Həsən b. Əli b. Əbi Həmzə: İmam Rzanın (ə.s) zamanında yaşamışdır. [4]
5- Abbas b. Hişamı Naşiri Əsədi: Çox qiymətli və etibarlı biri olmuşdur. İmam Rzanın (ə.s) səhabələrindəndir; H. 220 ilində vəfat etmişdir. [5]
6- Əli b. Həsən b. Faəzzal: Alim və etibarlı biri olmuşdur. Hz. Hadi (ə.s) və İmam Həsən Əsgərinin (ə.s) səhabələrndən olmuşdur. Qeybət haqqında bir kitab yazmışdır. [6]
7- Fəzl b. Şazanı Nişaburi: Fəqih, mütəkəllim və İmam Hadi (ə.s) və Həsən Əsgərinin (ə.s) səhabələrindən sayılırdı. Ali Məhəmmədin Qaimi və qeybəti haqqında o da bir kitab yazmış, h. 260 ilində vəfat etmişdir. [7]
Yuxarıda ifadə edilənlərə diqqət yetiriləcək olsa İmamı Zamanın (ə.f) qeybət məsələsinin yeni bir hadisə olmadığı, dini bir mənşəyə sahib olduğu, Hz. Rəsulullah (s) zamanından indiyə qədər haqqında danışıldığı açıqca ortaya çıxır. O halda Osman b. Səid və bənzərlərinin bu məsələni özbaşına uydurmaları ehtimalı tamamilə əsassız bir iddiadır. Əhli Beyt məktəbiylə düşmən olmaları üzündən həqiqətləri görə bilməyən düşmənlər xaricində heçkimsə belə bir iddiada olmaz. Bundan başqa, bu üç məsələni də əlavə edəcək olsaq İmamı Zamanın (ə.f) qeybət məsələsi daha da açıqlıq qazanar:
1- Əqli bürhanlar və məsumlardan nəql edilən bir çox rəvayətlərə əsasən imam və höccətin müqəddəs varlığı, insan növünün davamlılığı üçün zəruri və lazımdır. Yer üzü heç bir vaxt bu müqəddəs varlıqdan məhrum qalmamışdır.
2- Bir çox hədislərə əsasən, imamların sayı on iki nəfəri keçməməkdədir.
3- Hədislər və tarixin şəhadətinə əsasən, imamlardan on biri yaşamış və vəfat etmişdir.
Bu üç məsələnin də əlavə edilməsiylə Hz. Mehdinin (ə.f) davamlılığı və varlığı qəti bir şəkildə sabit olur, belə olunca hal-hazırda zühur etmədiyi üçün o həzrət üçün “qeybətə çəkilmişdir” demək lazımdır.
[1] – Ricalı Nəcaşi s. 193; Ricalı Şeyx Tusi, s. 357; Fihristi Şeyx Tusi, s. 118.
[2] – Ricalı Nəcaşi, s. 194.
[3] – Ricalı Nəcaşi, s. 28; Fihristi şeyx Tusi, s. 75.
[4] – Ricalı Nəcaşi, s. 28; Fihristi Şeyx Tusi, s. 75.
[5] – Ricalı Nəcaşi, s. 215; Ricalı Şeyx Tusi, s. 384; Fihristi Şeyx Tusi, s. 147.
[6] – Ricalı Nəcaşi, s. 195; Ricalı Şeyx Tusi, s. 419.
[7] – Ricalı Nəcaşi, s. 235; Ricalı Şeyx Tusi, s. 420-434; Fihristi Şeyx Tusi, s. 150.
İbrahim Əmini “Ədalət günəşi” kitabından
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.