Qeybə çəkilmənin səbəbləri (1)

Bismillahir rəhmanir rəhim

 

İmam Məhdi (ə)-ın qeybə çəkilməsinin hikmətlərindən biri də zalımların o həzrətin boynunda heç bir beyətinin olmamasıdır. Pak İmamlar (ə) istəməsələr belə məcburi şəkildə -zahiri də olsa- öz zəmanələrinin sultanlarının beyəti altında olmuşlar və onlardan zorla beyət almışlar. Buna görə də İmam Məhdi (ə) digər İmamlardan (ə) fərqli olaraq boynunda heç bir zalımın beyəti olmasın deyə qeybə çəkilmişdir. Bu barədə bir sıra hədisi-şəriflərdə məlumat verilmişdir. Onlardan bəziləri aşağıdakılardır:

1-Əbu Səid İmam Həsən Müctəba (ə)-dan belə nəql edir:

“..Məgər bilmirsinizmi ki, Qaimdən (ə.f)  başqa bizim hər birimiz öz zamanının tağutuna beyət etmək məcburiyyətində qalacaq? O, Qaim (ə.f) ki, İsa bin Məryəm (ə) onun arxasında namaz qılacaq. Həqiqətən də Allah (c.c) onun doğumunu gizli edər, özünü də gizlədər (qeybə çəkər) ki, qiyam edən zaman boynunda kimsənin beyəti olmasın. ”(Biharul-Ənvar: c.13/33)

2-Həmçinin, Əbu Bəsir İmam Sadiq (ə)-dan belə nəql edir: “Bu işin sahibinin dünyaya gəlməsi insanlardan gizli qalacaq, ona görə ki, xüruc etdiyi zaman heç kəsin onun boynunda beyəti olmasın”(İkmalud-din: 479/bab 44, hədis 1).

3-Cəmil ibn Saleh isə Əba Əbdillah (ə)-dan belə nəql edir: “Məhdi zühur edəcək və bu zaman heç kəsin onun boynunda beyəti olmayacaq” (İmamə və təbsirə: 116, hədis 106).

 

Tədqiq: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment