Bismillahir Rəhmanir Rəhim
Deyilə bilər ki: “Bir və ya bir neçə adamın işiylə bir yerə çatmaq olmaz ki?! Bundan başqa, mənim nə günahım var ki, imamı görmə bolluğundan məhrum buraxılıram?” Buna cavab olaraq deyilər:
1- Bizlər əgər bütün insanları fikri kamala çatdırmaq, insanları İslamın həqiqətləriylə tanış etmək və İmamı Zamanın hədəflərinə yaxınlaşmaq üçün çalışsaq öz vəzifəmizi icra etmiş olar və bunun qarşılığında böyük bir savaba çatarıq.
Çünki bir addım da olsa insanlıq cəmiyyətini hədəfə doğru yaxınlaşdırmış olarıq ki, bu işin dəyərini böyük alimlər də təqdir edərlər. Bu səbəblə rəvayətlərdə qurtuluşu gözləmənin ən böyük ibadətlərdən olduğu qeyd olunmuşdur.
2- Qaib olan Mehdiyə (ə.f) inanmaq qurtuluşu gözləmək və İmam Zamanın (ə.f) zühurunu müşahidə etmək müsəlmanlara böyük bir ümid verməkdədir. Bu ümid müvəffəqiyyət və irəliləmədə ən böyük faktorlardan biridir. Ümidləri itən bir qrup əsla müvəffəqiyyətə çata bilməz.
Bəli, dünyanın acı və ağrılı vəziyyəti, maddi fikirlər axını, elm və təlimlər bazarının kasadı, zəif sinifin günaşırı məhrumiyyəti, müstəmləkəçilik texnikalarının inkişafı, soyuq və isti döyüşlər və şərqlə qərb arasındakı silahlanma yarışı, xeyriyyəçi və aydın insanları olduqca narahat etməkdə, bəzən insanoğlunun islah qabiliyyəti qanununda da şübhəyə düşməkdədirlər.
Bəşər üçün mövcud olan tək ümid işığı və bu qaranlıq aləmdə çaxan tək ümid qığılcımı qurtuluş, tövhid hökumətinin qızıl çağını və ilahi hökmlərin hakimiyyətini gözləməkdir.
Titrək və ümidsiz ürəklərə hüzur və dinclik verən və məhrum sinifin yaralı ürəklərinə məlhəm olan bu qurtuluşu gözləməkdir. Möminləri inanclarında sabit və dində payidar edən də bu qurtuluşu gözləməkdir.
Dünyanın xeyriyyəçilərini iş və fəaliyyətlərə təşviq edən haqqın zəfərinə olan imandır, insanlığı ümidsizliyin qorxunc uçurumundan qurtaran və ümidin aydın yoluna göndərən də o qeybi gücdən kömək diləməkdir.
İslam Peyğəmbəri də cahanşumul tövhid hökumətinin proqramını açıqlamaq və cahanşumul islahatın qabaqcılını tanıtmaqla İslam dünyasından ümidsizlik ruhunu yox etmiş, ümidsizliyin qapılarını bağlamışdır.
Müsəlmanların bu İslami proqram vasitəsiylə dünyanın dağınıq millətlərinin diqqətini çəkəcəyi və tövhid hökumətinin təşkilində bütün insanları birləşdirəcəyi gözlənilməkdədir.
Hz. Əli b. Hüseyn (ə.s) belə buyurur: “Qurtuluşu gözləmək qurtuluşun ən böyük qisimlərindən biridir. “[1]
Xülasəylə: vəd edilmiş Mehdiyə inanmaq şiələr üçün parlaq bir gələcək hazırlamışdır və onlar o günün ümidiylə yaşamaqdadırlar. Ümidsizlik və uduzma ruhunu yox etmiş və onları iş, hədəf yolunda iş, nəfs təzkiyəsi və ilahi təlimlərlə maraqlanmağa təşviq etmişdir. Şiələr materializm, şəhvətpərəstlik, zülm, küfr, dinsizlik, döyüş və istismarın qaranlıq çağında tövhid hökumətini insanlığın ağılı təkamülünü, zülm səltənətinin yıxılmasını,
gerçək barışın təmin edilməsini və elm bazarının parlaq dövrünü açıq bir şəkildə müşahidə etməkdə və lazımlı şərtləri reallaşdırmağa çalışmaqdadırlar. İşdə buna görə Əhli Beytdən nəql edilən rəvayətlərdə qurtuluşu gözləmənin ən böyük ibadətlərdən olduğu və haqq yolunda şahidliyə bərabər sayıldığı yazılmışdır. “[2]
[1]- Bihar-ul Ənvar, c. 52, s. 122.
[2]- Bihar-ul Ənvar, c. 52, s. 122 elə 150.
Salman Akyüz “Qeybətdə olan İmamın faydası” kitabından
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.