Qaib İmamın nə faydası vardır? – 1

 Bismillahir rəhmanir rəhim

Bəzən belə bir sual verirlər: “Min ildən artıqdır ki, qaib olan, dini yaymayan, cəmiyyətin problemlərini həll etməyən, müxaliflərin cavabını verməyən, yaxşılığı əmr etməyən, pislikdən çəkindirməyən, məzlumları himayə etməyən, ilahi hökm və hüdudları tətbiq etməyən, insanlara halal və haramı açıqlamayan bir imamın varlığının nə faydası vardır?”

İnsanlar qeybət zamanında bunlardan əlbəttə məhrumdur. Amma unutmamaq lazımdır ki imamın varlığının faydası yalnız bunlardan ibarət deyil.

Qeybət zamanında başqa faydaları da vardır. Bunlardan bir neçə nümunə verə bilərik:

1- Daha əvvəl izah edilənlər, alimlərin kitablarında göstərilən dəlillər və imamət mövzusunda hədislər əsasınca imamın müqəddəs varlığı, insan növünün son hədəfi, insanlığın kamil fərdi, maddi və rübubi aləm arasında bir rabitədir.

Yer üzündə məsum biri olmazsa insan növü yox olar. İmam olmazsa Allah kamil bir şəkildə tanınmaz və haqqıyla ibadət edilməz, İmam olmazsa maddi aləmlə yaradılış nizamı arasındakı əlaqə qopar.

İmamın müqəddəs qəlbi stansiyadakı elektriki minlərlə lampaya çatdıran transformatör mövqesindədir. Qeyb aləminin feyz və nurları əvvəl İmamın təmiz qəlbinin aynasına daha sonra da onun vasitəsiylə digər fərdlərin ürəyinə əks olunar.

İmam varlıq aləminin qəlbi və insan növünün rəhbər və pedaqoqudur.

Ayrıca bilinməkdədir ki, bu faydaların varlığında İmamın zahir və ya qaib olmasının heç bir təsiri yoxdur. İndi, buna baxmayaraq yenə də “Qaib imamın nə faydası var?” deyilə bilərmi?

Bu sözlər daha çox imamət və vilayətin mənasını bilməyən, İmamın yalnız bir hökm bildirən və hədd tətbiq edən insan olduğunu düşünənlərin sözüdür. Halbuki imamət və vilayət mövqesi bu zahiri mövqelərdən çox daha uca bir mövqedir.

İmam Səccad (ə) belə buyurur: “Biz müsəlmanların İmamı, dünya əhlinin hüccəti, müsəlmanların məsuluyuq. Ulduzlar necə göy əhlinin zəmanətidirsə bizlər də yer üzündəkilərin zəmanətiyik. Bizim vasitəmizlə səma yer üzünə düşməz, məgər ki, Allah istəsin. Bizim vasitəmizlə Haqqın rəhmət yağışı yağmaqda və yer üzü bərəkətlərini çıxarmaqdadır. Əgər biz yer üzündə olmasaydıq, yer üzü, üzərindəkiləri udardı. Allah Təala Adəmi (ə) yaratdığı gündən bəri yer üzü heç bir zaman hüccətsiz qalmamışdır. Amma bu hüccət bəzən zahir və məşhurdur, bəzən də qaib və gizlidir. Qiyamətə qədər də hüccətsiz qalmayacaq. Əgər İmam olmazsa Allaha (haqqıyla) ibadət edilməz.”

Süleyman deyir ki: “İnsanlar qaib imamın varlığından necə faydalana bilərlər.” deyə soruşduğumda İmam belə buyurdu: “Buludlar arxasında qalan günəşdən istifadə etdikləri kimi. “[1]

 

[1]- Yanabiul Məvəddə, c. 2, s. 217.

 

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir. 

Leave a Comment