Qadının uşaqlardan örtülməsi

Bismillahir Rəhmanir Rəhim

Uşaqlar ya müməyyizlik həddinə çatmışlar, ya da çatmamışlar:

Məsələ 145: Əgər uşaqlar (istər oğlan, istərsə də qız, istər məhrəm, istərsə də naməhrəm) müməyyiz həddinə çatmasalar, bədəni, hətta övrəteyni belə onlardan örtmək vacib deyil.

İmam, Fazil və Məkarim: “Ürvə”, “sətr və satir”, 1-ci məsələdən qabaq.

İmam, Fazil və Məkarim: “Ürvə”, “nikah”, məsələ: 34.

Bəhcət, Xamenei və Təbrizi: İstifta

Sistani: “Minhacus-salihin”, “nikah”, məsələ: 25.

Əgər müməyyizlik həddinə çatmış olsalar, ya qızdır¬lar, ya da oğlan:

Məsələ 146: Əgər müməyyiz uşaq qız olarsa qadınlar öz övrətini ondan örtməlidirlər.

İmam Fazil Məkarim “Ürvə”, Sətr və satir, 1-ci məsələdən əvvəl.

Bəhcət: İstifta.

Sistani: “Minhacus-salihin”, Əhkamut-təxəlli, 55-ci məsələdən əvvəl.

Əgər oğlan olarsa, ya məhrəmdir, ya da naməhrəm:

Məsələ 147: Əgər müməyyiz olan oğlan uşağı məhrəm¬dirsə, qadınlar üçün övrəteyni ondan örtməsi lazımdır.

İmam Fazil Məkarim, “Ürvə”, “sətr və satir”, 1-ci məsələdən qabaq.

Bəhcət: İstifta.

Sistani: “Minhacus-salihin”, Əhkami təxəlli, 55-ci məsələdən qabaq.

Məsələ 148: Əgər müməyyiz olan oğlan uşağı naməh¬rəmdirsə, qadınlara, övrəteynlərini onlardan örtməyin vacib olmasından əlavə, ehtiyat-vacibə görə, gərək bütün bədəni – üz və əllər istisna olmaqla – ondan örtsünlər.

İmam: “Təhrir”, “nikah”, məsələ 26.

İmam: İstifta.

Bəhcət: “Tovzihul-məsail”, məsələ 1937.

Sistani: Əgər naməhrəm oğlan uşağı müməyyiz olsa və qadının bədəninə baxması şəhvətinin təhrik olunma¬sına səbəb olduğu ehtimalı verilərsə, övrəteyni ondan örtmək vacibdir, ehtiyat-vacibə görə bütün bədən – üz və əllər istisna olmaqla – ondan örtməlidir.

Fazil: Övrəteyni müməyyiz uşaqdan örtmək vacibdir, amma övrəteyndən qeyri yerlər şəhvəti təhrik edib fəsada səbəb olmadığı təqdirdə, zahirən vacib deyildir. İstifta.

Məkarim: Ehtiyat-müstəhəbə görə qadın gərək öz bədənini və saçlarını yaxşını və pisi başa düşən həddi-büluğa çatmayan və şəhvət qüvvələri nəzərindən müməyyiz olan bir həddə çatan oğlan uşağından örtsün. Lakin əllər və üz lazım deyildir. “Tovzihul-məsail”, məsələ 2082.

 

Seyyid Məhəmməd Məsud Məsumi, Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment