Qеybәt və onun hökmlәri

Bismillahir Rəhmanir Rəhim

Qeybətə görə tövbə edən kəs qeybətini etdiyi şəxsdən razılıq almalıdır. Əlbəttə ki, qeybəti olunan şəxsdən razılıq alınması fəsada səbəb olmamalıdır. Fəsad ehtimalı olduqda ona heç nə deyilməməlidir və onun günahlarının bağışlanması üçün dua edilməlidir. Belə bir rə`y mərhum Аyətullah-üzma Hacı Ağa Hüseyn Təbatəbai Bürucerdinin fәtvasına uyğundur.

Qeybətin həqiqəti və mənasi

Rəvayətlərdən belə mə`lum olur ki, qeybət dedikdə, on iki imamçı şiə haqqında xalqa onu narazı salacaq sözlər demək nəzərdə tutulur.

Bu nöqsan onun cismində də, soyunda da, xasiyyət və əməllərində də ola bilər. Bir şəxs haqqında kordur, kardır, topaldır, bəstəboydur, uzundur, qaradır, ayı kimidir, narkamana oxşayır demək cismə aid olan qeybətlərdəndir.

Bir şəxs haqqında “filan günahkarın, filan fəhlənin, filan xəbisin oğludur” demək soyla bağlı qeybətlərdəndir. İnsanın danışıq və əməlləri haqqında deyilənlər də qeybətdir. Bir şəxsin əxlaqsız, paxıl, təkəbbürlü, zalım, riyakar, vəzifəpərəst, oğru, çox danışan olduğunu demək qeybət sayılır. Bir insanın libası, evi, əşyaları haqqında deyilənlər də qeybət sayılır. Məsələn, bir insanın evini yəhudi evinə oxşatmaq qeybətdir. Yuxarıda deyilənlər qarşıda sadalayacağımız rəvayətlərə əsaslanır:

1. Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: “Bilirsinizmi qeybət nədir? Qeybət odur ki, mö`min qardaşını onun xoşlamayacağı bir şeylə yada salasan.” Bir şəxs soruşdu ki, ya rəsulullah, əgər dediyimiz eyb onda varsa necə?” Hәzrәt Peyğəmbər (s) buyurdu: “Əgər olanı desən qeybətdir, olmayanı desən böhtan!”

 2. Bir gün Peyğəmbərin (s) yanında “filankəs acizdir” dedilər. Həzrət buyurdu ki, qeybət etdiniz.”

3. Bir gün Ayişə həzrət Peyğəmbərin (s) xidmətində bir qadınla bağlı dedi: “O bəstəboydur.” Həzrət (s) buyurdu: “Qeybət etdin.” Başqa bir qadının adı çəkilərkən Ayişə onu “ucaboy” sifəti ilə yada saldı. Peyğəmbər (s) buyurdu: “Ağzındakını tüpür.” Ayişə tüpürdü və ağzından bir parça ət düşdü.

4. Bir gün Peyğəmbərin (s) hüzurunda “filankəs çox yatır” dedilər. Həzrət buyurdu: “Qardaşının cəsədinin ətini yedin.” 

5. Bir gün Ayişə otağından çıxan qadına işarə ilə onun boyunun qısalığını bildirdi. Hәzrәt Peyğəmbər (s) buyurdu: “Onun qeybətini etdin.” 

Qeybət təkcə dilə aid deyil. İnsan istənilən bir vasitə ilə kiminsə nöqsanını qarşı tərəfə anlada bilər. Əgər qarşı tərəf on iki imamçı şiə olarsa, bu qeybətdir. Qeybət həm dil, həm işarə, həm də yazı ilə gerçəkləşə bilər.

Kinayə ilə də qeybət etmək mümkündür. Bə`zən kinayə daha pis sayılır. Əgər bir şəxs kiməsə işarə ilə “Allah bizi həyasızlıqdan hifz etsin.”-dеyә söyləyərsə, bu qeybət olar.

Çox olur ki, kiminsə qeybətini etmək istəyən şəxs öncə riyakarlıqlа onu tə`rifləyir. Tə`rif əsnasında həmin şəxsin eybi açıqlanır. Məsələn deyilir ki, filankəs çox yaxşı adamdır, amma zəmanə onu şeytana əsir edib.

Bə`ziləri qeybətdən öncə özlərini dərdli göstərirlər. Məsələn, deyirlər: “Onun halına acıyıram, abrı-həyası itib-getdi.” Hansı ki, insan dostunun arxasınca onu narahat edəcək sözlər deməz. Dosta xəlvəti dua olunmalıdır. Yuxarıda qeyd olunan qəm-qüssə və dua daxili bir rəzalətdən doğur. Şeytan belə şəxsi öz oyuncağına çevirir.

Xatırlatma: Bir çoxları müsəlmanın qeybətini eşidərkən e`tiraz etmirlər. Belələri qeybət edənin günahına şərikdir. Qeybət eşidən şəxs qəlbən bu işə narazı olmalı və qeybətin qarşısını almalıdır. Əgər qeybəti saxlaya bilmirsə, məclisdən çıxmalıdır ki, günaha şərik olmasın. Məclisi də tərk edə bilməsə qəlbən narazı olmalı, maraqla qulaq asmamalıdır. Əgər bir şəxs dildə qeybətə qarşı çıxıb qəlbdə həmin qeybətə maraq göstərərsə nifaq əhlidir.

Demək, dindar insan qeybəti eşidərkən inkar mövqeyi tutmalı, deyilənləri rədd etməlidir. Qeybəti dinləyən şəxs həmin mö`mini müdafiə edərsə, Allah da ona yardım göstərər.

 

Ayətullah Müctəhidi Tehrani, Dörd risalə

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

1 thought on “Qеybәt və onun hökmlәri”

Leave a Comment