Qərblilərin İraqa daxil olması

Bismillahir rəhmanir rəhim

Qeybəti-Tusi kitabında Əmmar ibn Yasirdən (r.ə) belə nəql edilir (Qeybəti-Tusi: 278):

“Sizin Peyğəmbərinizin Əhli-Beytinin (ə) dövləti axirəz-zəmanda qurulacaq. Onun bir sıra əlamətləri vardır. Həmin əlamətlər baş verənədək yerinizdə oturun və dinc qalın. (O dövlətin qurulmasından az öncə baş verəcək əlamətlər bunlardır) Rumlular (qərblilər-müt.) və türklər üstünüzə hücum çəkəcək və qoşunlar hazırlayacaqlar. Mal-dövlət yığan xəlifəniz öləcək. Özündən sonra isə düzgün bir adamı xəlifə qoyacaq. Lakin beyət edildikdən bir neçə il sonra devriləcək. Onların hakimiyyətləri dağılacaq. Türklər və rumlular ixtilaf edəcəklər və yer üzündə müharibələr çoxalacaq. Bu vaxt Dəməşq hasarları (yaxınlığında) bir nidaçı belə nida edəcək: Yaxınlaşan bir şərrə görə vay olsun yer əhlinə! Bundan sonra Dəməşq məscidinin qərb tərəfi batacaq və qərb tərəfdəki divarı çökəcək. Şamda hər biri hakimiyyət tələb edən üç bayraq aşkar olacaq: Onların biri “əshəb” bir şəxsdir, digəri “əbqə`” (xallı, çilli) bir şəxsdir, üçüncüsü isə Əbu Süfyanın ailəsindən olan bir şəxsdir. O Kəlb qəbiləsi ilə birgə (onların yardımı ilə) qiyam edəcək. Dəməşqdə insanları mühasirəyə alacaq. Qərb əhli Misirə tərəf yola düşəcəklər. Elə ki Misirə daxil oldular, bu Süfyaninin əlaməti olacaq. Bundan qabaq isə bir nəfər zühur (və ya qiyam) edib Muhəmməd Ailəsinə tərəf dəvət edəcək. Türklər Hirəyə (Kufə və Nəcəf yaxınlığı), Rumlular Fələstinə daxil olacaqlar. Abdullah (adlı) bir şəxslə (başqa bir) Abdullah (adlı şəxs) yarışacaqlar və nəhayət onların qoşunları çayın kənarında Qirqisiyada qarşılaşacaq. Burada böyük bir döyüş olacaq. Məğribin hakimi yola düşəcək, kişiləri öldürəcək, qadınları əsir edəcək. Sonra Qeysə qayıdacaq. Sonra Süfyani Cəzirəyə daxil olacaq..”.

“əl-İraq fi əsriz-Zuhur”, Şeyx Əli Kəvrani

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

2 thoughts on “Qərblilərin İraqa daxil olması”

  1. Bismillah,oxuduq amma basha dushmekde cetinlik cekirik,Demeshq indinin ozunde nece adlanir? Ola bilermi ki yazilanlar muxtelif ve ayri-ayri zamanlarda bash verecek hadiselerdir? Hedisi sherifde onlari bir yere yigiblar?

    • Dəməşq şəhəri indi də eyni adla adlanır və Suriya Ərəb Respublikasının paytaxtı olub Suriyanın cənub qərbində yerləşir. Hədisdə qeyd olunan hadisələr arasında az bir müddət fərqi ola bilər, lakin bu fərqin elə də çox olmaması məşhur nəzərdir. Habelə hədisin əvvəlində və sonunda qeyd olunan hadisələrin nəqlində tarixi xronologiya pozulmuş ola bilər. Adətən bu kimi hallar ravilərdən qaynaqlanır.
      Bundan başqa, zənnimizcə çaşqınlıq yaradan digər bir məqam məqalədə daha çox Suriya hadisələrindən bəhs edilməsinə baxmayaraq məqalənin adının “Qərbilərin İraqa daxil olması” şəklində olmasıdır. Lakin belə adlandırmamızın səbəbi İmam (ə)-ın bu hədisi İraq hadisələrini nəql etməklə başlamasıdır. Belə ki, İmam (ə) “Rumlular və türklər üstünüzə hücum çəkəcək…” deyərkən İraqdan olan raviyə müraciət edir və bununla hücumun İraqa ediləcəyini nəzərdə tutur. Daha sonra isə Ali-Muhəmməd (ə) hökumətinin qurulmasından daha öncə baş verəcək digər hadisələri sadalayır. Diqqətinizə görə təşəkkür edirik.

Leave a Comment