Qədir xum xütbəsindən bir qissə…

Bismillahir rəhmanir rəhim

Bilin ki İmamların sonuncusu, bizdən qiyam edəcək olan Məhdidir. Dinlərə qalib gələcək olan odur, zalımlardan intiqam alacaq olan odur, qalaları fəth edən və onları yox edən kimsə də odur. Şirk əhlindən hər qəbiləyə üstün gələn və onları hidayət edən odur.

Bilin ki Allahın övliya qullarına aid hər qanın intiqamını alan odur. Allahın dininə kömək edəcək olan da odur.

Bilin ki dərin dənizdən istifadə edən odur, hər fəzilət sahibini fəziləti miqdarın tərəfindən və cəhalət sahibini cəhaləti miqdarın tərəfindən mükafatlandıran odur. Allahın seçdiyi və qoca etdiyi kimsə odur. Hər elmin varisi və hər anlayışı əhatə edən odur.

Bilin ki, Rəbbindən xəbər verən odur, ilahi ayələri yuxarı yüksəldən odur, hidayətə çatan təməli möhkəm kimsə odur və işlərin özünə ismarlanıldığı kimsə də odur.

Əvvəlkilərin müjdələdiyi kimsə odur. Höccət olaraq baqi qalacaq olan odur və ondan sonra heç bir höccət yoxdur. Var olan hər haqq onunladır və var olan hər nur onun nəzdindədir.

Bilin ki o qalibi olmayan kimsədir. Heç kimə onun əleyhinə kömək edilməz. Allahın yer üzündəki vəlisi, qulları arasında hökm edicisi, gizli və açıq əminidir.

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment