Bismillahir rəhmanir rəhim
Məsələ: 1474.İmam camaat baliğ, aqil 12 İmam şiəsi, adil, halalzadə olmalı, namazı səhih tərzdə oxumalıdır. Həmçinin, ehtiyat-vacibə görə imam camaat kişi olmalıdır. Yaxşı və pisi başa düşə bilən müməyyiz uşağın başqa bir uşağa iqtida etməsinin maneəsi yoxdur.
Məsələ: 1475.Bir kəs əvvəlcə imamın adil olduğunu bilib sonradan ədalətində qalıb-qalmamasında şəkk etsə, ona iqtida edə bilər.
Məsələ: 1476.Ayaq üstə namaz qılan bir kəs oturan, yaxud uzanan halda namaz qılana iqtida edə bilməz. Habelə, oturan halda namaz qılan bir kəs uzanan halda namaz qılana iqtida edə bilməz.
Məsələ: 1477. Oturan halda namaz qılan bir kəs elə o halda namaz qılan başqa bir kəsə iqtida edə bilər. Amma ehtiyat-vacib budur ki, uzanan halda namaz qılan bir kəs, uzanan və ya oturan halda namaz qılan şəxsə iqtida etməsin.
Məsələ: 1478.Əgər piş namaz müəyyən üzr səbəbi ilə təyəmmüm, yaxud cəbirə dəstəmaz ilə namaz qılsa ona iqtida etmək olar. Amma müəyyən səbəblərə görə nəcis paltarda namaz qılırsa, ehtiyat-vacibə görə gərək ona iqtida olunmasın.
Məsələ: 1479.Əgər imam, müəyyən xəstəlik səbəbi ilə bovl və ya qaitin çölə gəlməsinin qarşısını ala bilməsə, ehtiyat-vacibə görə ona iqtida etmək olmaz. Habelə, müstəhazə olmayan qadın müstəhazə qadına iqtida edə bilməz.
Məsələ: 1480.Ehtiyat-vacibə görə gərək cüzam (xora) və bərəs (alaca) xəstəliyinə yoluxan şəxs, habelə, şəri hədd (şallaq) vurulan şəxs imam olmasın.
Abbas Əzizi, Camaat namazının fəzilət və savabı
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.