Bismillahir rəhmanir rəhim
Ovf əs-Səlmi (və ya Sələmi; və ya Silmi) barədə Qeybəti-Tusi kitabında məlumat verilmişdir (səh.270):
“Həzləm ibn Bəşir deyir ki, Əli ibn Hüseyn (ə)-a dedim: Mənə Məhdinin (ə) zühurunu təsvir edin, onun əlamət və nişanələri mənə deyin. Buyurdu: Onun zühurundan qabaq Cəzirədə Ovf əs-Sələmi adlı bir şəxs zühur edəcək. Onun sığınacaq yeri Tikrit olacaq. Qətli isə Dəməşq məscidində baş tutacaq. Sonra Səmərqənddən Şüeyb ibn Saleh çıxacaq. Sonra məlun Süfyani Yabis vadisindən (Dəməşq yaxınılığından çıxacaq)..” (həmçinin, bax: Xəraic: 3/1155, Muntəxəbul-Ənvar: 3/727, Biharul-Ənvar: 52/213).
Şeyx Əli Kəvrani (d.z) deyir: Bu şəxsin ortaya çıxması Süfyaninin çıxmasından bir qədər əvvəl baş verəcək.
Cəzirə isə İraqla Suriya sərhəddində bir yer adıdır. Yəni, bu şəxs İraq-Suriya sərhəddində olan bir yerdən çıxacaq.
“Onun sığınacaq yeri Tikrit olacaq” sözü isə buna işarə edir ki, o qaçıb Tikritə sığınacaq. Tikrit isə İraqda bir şəhər adıdır. Bunu dəstəkləyən digər bir dəlil isə budur ki, İraqdakı Tikrit şəhəri onun Cəzirədəki hərəkat mərkəzinə yaxın yerdə yerləşir!
Həmçinin rəvayətdən belə başa düşülür ki, o Dəməşq məscidində olarkən (qəfildən) öldürüləcək və ya orada ələ keçiriləcək və oradaca qətlə yetiriləcək.
əl-İraq fi-Əsriz-Zuhur, Şeyx Əli əl-Kəvrani
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.