Ona de ki, həmin maşınla gəlməsin.

Bismillahir Rəhmanir Rəhim

Cənab Şeyx Əli Ağa Səadətpərvər Pəhləvani elə bir insan idi ki, onu tanımaq üçün illər uzunu hüzurunda əyləşməli idin. Onun ilahi nəfəsi insanlar üçün böyük bərəkətə malik idi. Kimsəni incitməz, istənilən bir şəkildə insanlara xidmət etməyə çalışardı.

Birbaşa kömək etmək imkanında olmadığı şəxslərə mənəvi baxımdan xeyir verməyə səy göstərərdi.

Ustadın şagirdlərindən biri belə nəql edirdi: Ustadın ömrünün son ilində təbliğ üçün məntəqələrdən birinə getmişdim. Ramazan ayı tamam oldu. Geri qayıdarkən bir maşın tapıldı və Quma gəlmək üçün müəyyən adamlar toplaşdı. Yola çıxmaq istəyərkən dostlardan biri cib telefonuma zəng vurub dedi: “Yuxuda qoca bir kişi gördüm. Söylədi ki, həmin maşınla yola çıxmasın. Çox məcbur olsa istixarə etsin.” İstixarə etdim, pis gəldi. Nəzir etdim ki, Şiraza çatan kimi Yeddi tən qəbrinin kənarında həzrət Əbülfəzl rövzəsi oxuyacağam. Bundan sonra istixarə etdim, yaxşı gəldi. Biz maşına minib sağ-salamat Quma çatdıq.

Bir neçə ay sonra ustad dünyasını dəyişdi. Mənə zəng vurub yuxusunu danışan şəxs ustadın şəkilini görüb söylədi: “Bu həmin yuxuda gördüyüm şəxsdir. Məlum oldu ki, ustad bizi nə qədər sevirmiş.”

Bir dəfə Məşhədə getmək istəyirdik. Ağa buyurdu ki, nəzərdə tutduğunuz maşınla getməyin. Biz də ona qulaq asıb getmədik. Sonradan bildik ki, Məşhədə yola düşən həmin maşın qəzaya uğrayıb və bütün müsafirlər Quma qayıdıblar.

 

Məhəmməd Cavad Nurməhəmmədi, Ariflərdən

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

1 thought on “Ona de ki, həmin maşınla gəlməsin.”

Leave a Comment