Ömrü boş yerə sərf etmək olmaz

Bismillahir Rəhmanir Rəhim

Seyid Müslihəddin Məhdəvi  mərhum axund Molla Məhəmməd Kaşani İsfahaninin dilindən belə nəql edir: Təhsil dövründə “Cəddə” mədrəsəsində məskunlaşmışdım. Rəbiül-əvvəlin doqquzuncu gecəsi, Eydüz-Zəhra adlanan gün tələbələrlə toplaşıb mərasim keçirdik. Bu məni çox sevindirdi. Düşündüm ki, neçə aydan bir belə mərasimin təşkil olunması tələbəlik yorğunluğunu aradan qaldırar. Bu məqsədlə bir neçə ay sonra qabağa düşüb məclis qurdum. Tələbələri öz hücrəmə dəvət etdim. Gecə xoş keçdi. Məclis dağılandan sonra yatdım. Yuxuda gördüm ki, iki nəfər hücrəmə daxil olub deyir: “Həzrət Peyğəmbər (s) səni istəyir.” Mən qorxmuş vəziyyətdə onların ardınca getdim. Böyük bir otağa daxil olduq. Peyğəmbər (s) otağın bir guşəsində əyləşmişdi. Ətrafında alimlər, fəzilət sahibləri vardı. Mən onlar arasında yalnız molla Hüseyn Əli Tuysərkanini tanıdım. O mənim ustadım olmuşdu. Həzrət Peyğəmbər (s) buyurdu ki, çubuq və falaqqa gətirilsin. Molla Məhəmməd Kaşaninin qamçılanmasını göstəriş verdi.

Mən qorxudan tir-tir əsirdim, danışmaq güçüm yox idi. Mərhum hacı molla Hüseyn Əli Peyğəmbərdən xahiş etdi ki, onu mənə bağışlayın. Həzrət Peyğəmbər məni ustadıma bağışladı. Yuxudan oyandım. Hələ sübh azanı olmamışdı. Başa düşdüm ki, dünən gecə tələbələri mütaliədən ayırmağım səhv olub. Eydüz-Zəhra gecəsi dəyərli gecədir. Amma ömrü boş yerə sərf etmək olmaz.

 

Məhəmməd Cavad Nurməhəmmədi, Ariflərdən

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment