Nübuvvət ilahi lütfdür

Bismillahir rəhmanir rəhim

İnsan çox sirli bir varlıq olub, zatında, təbiətində, nəfs və əql, hətta hər tək-tək fərdlərin şəxsiyyəti cəhətindən mürəkkəb quruluşa malikdir. (Belə ki, onun təbiətində bir-biri ilə zidd olan yönlər qoyulmuşdur–red.) Bir tərəfdən onun zatında fəsada, digər tərəfdən isə xeyirxah və gözəl əməllərə sövq edən qüvvələr qoyulmuşdur.( 
İmam Əliyyibni Əbitalib (əleyhissalam) bir xütbədə asimanların, yerin, həmçinin Adəm peyğəmbərin yaranışını vəsf edib Peyğəmbərin besəti barədə buyurur: …və həzrəti Sübhan (Adəmi yer üzündə məskunlaşdırdıqdan sonra onun) nəslindən peyğəmbərlər seçib Onlardan əhd-peyman aldı (ki, Allahdan onlara əmr olunanları yerinə yetirib camaatı Allahı tanımağa dəvət etsinlər və bu yolda heç vaxt səhlənktrlıq etməsinlər və) vəhyə vəfalı qalıb ilahi risaləti təbliğ etsinlər. İnsanların əksəriyyəti Allahın onlarla bağladığı əhdi pozub Onun haqqında cəhlə vardılar (və Onu yeganə bilmədilər). Ona şəriklər qoşdular, şeytanlar Onu tanımaq, ilahi mərifət kəsb etmək yolundan azdırıb (və aldatdı), bəndələrin Ona ibadət və pərəstiş etməkdən yayındırdı. Belə olduqda, Allah Öz bəndələri arasından peyğəmbərlər seçib bir-birinin ardınca göndərdi ki, Allahın onların fitrətlərində olan əhdi-peymanını, unudulmuş neməti (fitri tovhidi) onların yadına salsınlar, insanlara təbliğ etməklə höccət gətirsinlər. Onların (küfr qübarı, zəlalət və azğınçılıqla örtülmüş) gizli əql xəzinələrini kəşf edib işə salsınlar, müqəddər edilmiş nişanələri, ayələri: başları üzərində ucaldılmış tavanı (atmosfer qatını), ayaqları altında qərar verilmiş döşəməni (həyati əhəmiyyət kəsb edən münbit yer qabığını), onları diri saxlayan məişət (qanunlarını), öldürüb fani edən əcəlləri, qocaldıb əldən salan xəstəlikləri, təqib edən qəbirləri xatırlatsın. Mütəal Allah (heç vaxt) bəndələrini göndərilən bir peyğəmbərdən, yaxud nazil edilən bir kitabdan, yaxud hətmi (labüd) höccətdən, yaxud da mətin yoldan xali etməmişdir. Elə peyğəmbərlər göndərmişdi ki, saylarının az, təkzib edənlərinin isə sayının çox olması onların işinin (ilahi risalətin təbliğat işinin) qarşısını ala bilmədi. Hər bir peyğəmbərə, ondan sonrakı peyğəmbərin adı əvvəlcədən deyilmiş, yaxud sonra gələn peyğəmbər əvvəlkini xalqa təqdim edtmişdi. Bu qayda ilə qərinələr, əsrlər gəlib keçdi, oğullar ataların yerini tutdu, peyğəmbərlər bir-birini əvəz etdi. Nəhayət, Allah-Taala Öz peyğəmbəri Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-i seçdi ki, onun vasitəsi ilə (xalqa verdiyi) vədləri həyata keçirsin, nübüvvəti tamamlasın. Elə Peyğəmbər ki, əvvəlki peyğəmbərlərdən onun barəsində əhd-peyman alınmışdı (ki, onun peyğəmbərliyini təsdiq edib besətini, peyğəmbər olmasını öz ümmətlərinə xəbər versinlər, nəticədə onun) əlamət və nişanələri hamıya aşkar, milad vaxtı mübarək və kəramətli idi. Bu zamanda yer əhli dağınıq, müxtəlif tayfalarda, dinlərdə, bidətlərdə, yollarda olub haq yoldan azmışdılar. Onlardan bəziləri Allahı Onun məxluquna oxşadır, bəziləri Onun adlarını özlərinin düzəltdikləri bütlərə qoyur, yaxud Ondan qeyrisinə işarə edirdilər. Allah-Taala onları Peyğəmbərin vasitəsi ilə düşdükləri zəlalətdən haq yola hidayət edib, nadanlıqdan və cəhalətdən xilas etdi. (Nəhcül-bəlağə, 1-ci xütbə)  
)
Digər tərəfdən, insan zatında olan özünü sevmək, həvayi-nəfsə itaət etmək, xudbinlik, şöhrətpərəstlik, hamıya qələbə çalmaq, təkəbbür, hamıdan üstün olmaq, dünya həyatı və onun bər-bəzəklərinə hərislik və s. kimi qərizələr və emosional xüsusiyyətlər əsasında xəlq edilmişdir. Allah-Taala buyurur:
And olsun Əsrə ki, bütün insanlar xəsarətdədirlər.(Əş-şəms surəsi, 7-8.)
Həqiqətən insan elə ki özünü qəni görür, tüğyan edir.(Əsr surəsi, 1-2.)
Həqiqətən nəfs (əmmarə nəfsi) insanı pisliklərə sürükləyir. (Ələq surəsi, 6-7)
Və s. kimi onun qərizələr və emosional xüsusiyyətə malik bir nəfsin varlığını göstərən sair ayələri qeyd etmək olar.
Digər tərəfdən, Allah-Taala insanda əql qüvvəsi də yaratmışdır ki, bu qüvvə insanı xeyir işlərə, saleh əməllərə doğru hidayət edir. Həmçinin Allah onun batinində vicdan qüvvəsi xəlq etmişdir ki, onu pis, çirkin əməllərdən, zülmdən və s. çəkindirib, qəbahətli, pis işlərin aqibətindən agah edir.
İnsanın bu iki daxili qüvvəsi–nəfs və əql arasında daimi çəkişmələr davam etməkdədir. Hər kəsin əqli nəfsinə qələbə çalsa, ən yüksək məqamlara, insaniyyətin kamal həddinə çatar, mənəvi və ruhi cəhətdən kamilləşmiş bir insan olar. Amma hər kəsin nəfsi əqlinə qələbə çalsa, ən alçaq dərəcələrdə olar, insaniyyət yolundan uzaqlaşar və heyvanlıq dərəcəsinə enər.
İnsandakı bu iki düşmən qüvvələrdən ən güclüsü nəfsani ehtiraslar və onların qoşunudur. Məhz buna görə də insanların əksəriyyəti şəhvətə, nəfsani ehtiraslara itaət edib, onun çağırışlarına müsbət cavab verdiklərinə görə zəlalətdə qərq olaraq düz yoldan, hidayətdən uzaq düşürlər.
(Ya Peyğəmbər) İnsanların əksəriyyəti–sənin istədiyinə baxmayaraq–iman gətirməzlər (Yusif surəsi, 53)
Bundan əlavə, insan (əqlinin) qüsurlu olduğuna görə, bütün həqiqətlərdən, onu əhatə edən varlıqların və öz nəfsindən yaranan işlərin sirlərindən və s. lazımi qədər məlumatı olmadığından, ona faydalı və yaxud zərərli olan şeyləri, onu səadətə və ya bədbəxtliyə aparan yolları–istər təkcə özünə, istərsə də hər hansı insan növünə və cəmiyyətinə aid olan işlərdə–ayırd edə bilmir. Üstəlik onun elmi təbiət, maddi aləm barəsində artdıqca həmişə öz nəfsi barəsində cəhalətdə olub, cəhli artır, yaxud cəhlini daha yaxşı dərk edir.
Buna əsasən, insan, səadət dərəcələrinə çatmaq üçün səadət və aşkar hidayət yolunu göstərə bilən bir hidayətçiyə daha çox ehtiyac duyur ki, bu şəxsin (hidayətçinin) vasitəsilə əqlini qüvvətləndirib əql və nəfsani qüvvələrlə mübarizəyə hazırlaşdığı bir vaxtda, özünün inadkar düşməninə, nəfsani istəklərə sövq edən qüvvələrə qələbə çalsın.
İnsan bu yolda ən çox nəfsinin onu aldatdığı (əksər hallarda da nəfsin işi aldatmaqdır) pis əməllərini gözəl, yaxşı əməllərini cilvələndirib azğınlığa yuvarlanmasını təriflədiyi bir vaxtda belə bir şəxsə (hidayətçiyə) ehtiyac duyur ki, onun əlindən tutub, xeyirli, gözəl işlərə tərəf çəksin. Çünki nəfs, əql üçün yaxşı və xeyirli işləri pis və zərərli işlərdən seçmək üçün bir mərifət olmadığı vaxtda yaxşı şeyləri pis, pis şeyləri yaxşı cilvələndirir, məsləhətli, səadətli və nemət dolu yolu ona səhv göstərir.
Allahın ismət bəxş etdiyi şəxslər istisna olmaqla insanlardan hər biri də nəfs və əql arasındakı bu mərəkədə qərq olur.
Bu səbəbdən də nəinki vəhşi və cahil, hətta hər mütərəqqi və ziyalı şəxs özünü bütün xeyirli və məsləhətli yollara çatdırıb dünya və axirətdə ona faydalı, yaxud zərərli olan şeylər–istər şəxsən özünə aid olan, istərsə də cəmiyyətdə olan işlərə aid olsun–barəsində mərifət kəsb etməsi olduqca çətin bir işdir. Hətta bu yolda özü ilə həmfikir olan şəxslərdən kömək alsa da, böyük miqyaslı konfranslar, şuralar və s. təşkil etsələr də belə.
Deməli, Allah-Taalanın bəndələrə qarşı olan rəhmət və lütfü vacib edir ki:
Onların öz içindən olan peyğəmbər seçsin ki, Onun ayələrini xalqa tilavət edib nəfslərini (aludəliklərdən) paklaşdırsın, kitab və hikməti (elmi) onlara öyrətsin, (Yusif surəsi, 103) bəndələri fəsad törədən işlərdən çəkindirib qorxutsun, səadəti və mənafeyi olan şeylərə müqdə versin.
Allahın bəndələrinə lütf göstərməsinin vacibliyinin səbəbi odur ki, lütf Onun mütləq kamalındandır və O, Öz bəndələrinə qarşı Lətif (lütf sahibi), Kərim (kəramət sahibi) və Cəvaddır (ehsan edəndir). Əgər məhəllin (bəndələr) lütf və ehsan üçün qabiliyyəti olsa, Allah hökmən Öz lütfünü onlara çatdırmalıdır. Çünki, Onun rəhmət dairəsində paxıllığa, kərəm və ehsanında nöqsana yol yoxdur.
Allahın lütfü barəsində deyilən vacibdir sözünün mənası bu deyil ki, kimsə Onu bu işi görməyə əmr etsin və əmrə itaət etmək də Ona vacib olsun. Amma qeyd olunan vacibin mənası vacibül-vücudda deyilən mənadır. (Yəni bu işi görmək Onun Zatındadır və Ondan ayrılması qeyri-mümkündür.)

2 thoughts on “Nübuvvət ilahi lütfdür”

Leave a Comment