Namaz və Quran

Bismillahir Rəhmanir Rəhim

Qurani-kərim Allahın yer üzünə göndərdiyi sonuncu və Qiyamət gününə qədər təhrif edilmədən qorunulacaq müqəddəs kitabdır. İslam Peyğəmbərinə (s) iyirmi üç il ərzində nazil olan bu kitab həqiqətləri aydınlaşdırır, keçmiş ümmətlərin başına gələn ibrətamiz hadisələrdən xəbər və düşüncə sahiblərinə nəsihətlər verir. Qurani-kərimdə Quran haqında oxuyuruq:

ولقد انزلنا اليکم ءايت مبينات و مثلا من الذين خلوا من قبلکم و موعظة للمتقين

 “Həqiqətən, Biz (Qur’anda) sizə (haqqı nahaqdan ayırd edən) açıq-aşkar ayələr, sizdən əvvəl gəlib-gedənlər (keçmiş ümmətlər) barəsində məsəllər (hekayətlər) və müttəqilər üçün öyüd-nəsihət nazil etdik”.

Quranda olan bilgi və qanunlar, fasahət və bəlağət (üslubiyyət) o qədər zəngin və dəqiqdir ki, bütün insan və cinlər əl-ələ versələr belə onun mislini gətirə bilməzlər. Quran buyurur:

قُل لَّئِنِ اجْتَمَعَتِ الإِنسُ وَالْجِنُّ عَلَى أَن يَأْتُواْ بِمِثْلِ هَذَا الْقُرْآنِ لاَ يَأْتُونَ بِمِثْلِهِ وَلَوْ كَانَ بَعْضُهُمْ لِبَعْضٍ ظَهِيرًا

 “(Ya Peyğəmbərim!) De: “Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qur’ana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər”.

İslam Peyğəmbəri (s) Quran haqqında çox gözəl buyurur:

ان هذا القران مآدبة الله فتعلموا مادبت مااستطعتم

 “Quran Allahın ziyafət süfrəsidir. Bacardığınız qədər bu ziyafətdən faydalanın”.

Allah-taala “Ənam” sürəsində axirətə inananlrın Quranı təsdiq etməsini, Quranı qəbul edənlərin isə namaz əhli olduğunu qeyd edir:

وَهَذَا كِتَابٌ أَنزَلْنَاهُ مُبَارَكٌ مُّصَدِّقُ الَّذِي بَيْنَ يَدَيْهِ وَلِتُنذِرَ أُمَّ الْقُرَى وَمَنْ حَوْلَهَا وَالَّذِينَ يُؤْمِنُونَ بِالآخِرَةِ يُؤْمِنُونَ بِهِ وَهُمْ عَلَى صَلاَتِهِمْ يُحَافِظُونَ

 “Bu (Qur’an) da mübarək (xeyir-bərəkəti daimi, faydası çox olan), özündən əvvəlkiləri təsdiq edən bir kitabdır ki, onu sənə Məkkə əhlini və ətrafındakı insanları (Allahın əzabı ilə) qorxutmaq üçün nazil etmişik. Axirətə iman gətirənlər ona da iman gətirər, namazlarını da qoruyub saxlayarlar (vaxtlı-vaxtında qılarlar)”.

Qurani-kərimdən faydalanıb, ona diqqət edənlər şübhəsiz ki, Allaha ibadət edir, namazlarını vaxtında qılırlar. Allah-taala belə şəxslərin əməlisaleh və mükafata layiq olduğunu buyurur:

وَالَّذِينَ يُمَسِّكُونَ بِالْكِتَابِ وَأَقَامُواْ الصّلوةَ إِنَّا لاَ نُضِيعُ أَجْرَ الْمُصْلِحِينَ

 “Kitabdan (möhkəm) yapışanlar, (vaxtlı-vaxtında, lazımınca) namaz qılanlar (bilsinlər ki) Biz əməlisalehlərin mükafatını zay etmirik!”

Başqa bir ayədə isə Quran oxuyub, namaz qılan və Allahın onlara bəxş etdiyi ruzilərdən ehsan verən şəxslərin savabı isə tükənməz olacağı haqında qeyd edilir:

إِنَّ الَّذِينَ يَتْلُونَ كِتَابَ اللَّهِ وَأَقَامُوا الصَّلوةَ وَأَنفَقُوا مِمَّا رَزَقْنَاهُمْ سِرًّا وَعَلَانِيَةً يَرْجُونَ تِجَارَةً لَّن تَبُورَ

 “Allahın Kitabını oxuyan, namaz qılan, özlərinə verdiyimiz ruzilərdən (Allah yolunda) gizli və aşkar xərcləyənlər kasad olmayacaq bir ticarət (savab) umarlar…”

 

Niyam Aqil :  Quranda Namaz

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment