Naiblərdən: Osman bin Səid əl-Əmri

Bismillahir rəhmanir rəhim

 

Osman bin Səid əl-Əmri (r.ə) kimdir?

Adı: Osman bin Səid əl-Əmri.

Künyəsi: Əbu Əmr. (“Əmrin atası”) Allahu-təala ona bir oğlan uşağı əta etmiş, o da ona Əmr adını vermişdir. İmam Həsən Əskəri (ə) ona deyir: “Bir kişidə Osman və Əbu Əmr (künyəsi) bir yerə gəlmir”. Buna görə də əmr edir ki, künyəsi(nini bir hissəsini ) kəssin. Bundan sonra ona “Əmri” deyilir.

Nəsəbi: Əsədi. Ona “Əsədi” deyirdilər, çünki əsli Bəni-Əsəd qəbiləsinə dayanırdı. Əbu Nəsr Hibətullah Əhməd bin Muhəməd əl-Katib deyir: O,  Əbu Cəfər Əmrinin qız nəvəsidir. Babasına nisbət verilmiş və “Əmri” deyilmişdir. (Həmçinin) deyirlər ki: Onun əsli ana tərəfdən Ömər əl-Ətrəfə gedib çatır və buna görə ona “Uməri” deyilir.

Ləqəbləri: a) əl-Əskəri. Çünki o Əskəri İmamlarla (əleyhiməs-səlam) birlikdə Samirranın Əskəriyyə məntəqəsində yaşayırdı. Xəlifə Mütəvəkkil Abbasi İmam Hadi və İmam Həsən Əskəri (əleyhiməs-səlam)-ı burada məcburi iqamət etməyə vadar etmişdi.

b) əs-Səmman. (Yağçı)

c) əz-Zəyyat. (Zeytun satan) Çünki o İmamlarla (ə) olan əlaqələrini ört-basdır etməkdən ötrü yağ və zeytun satardı. Şiələr ona məktub və ya pul gətirdikdə onu yağ qabına qoyub imama çatdırardı.

Fəaliyyəti: Fəaliyyətinə İmam Hadi (ə)-a xidmətlə başlamış, həzrətin yanında on biri ilini keçirmişdir. Həzrət (ə) vəfat etdikdən sonra da Əhli-beyt (ə)-a vəfalı qalmış, İmam Həsən Əskəri (ə)-ın xidmətində olmuşdur. İmam Əskəri (ə) vəfat edənədək belə olmuş, daha sonra İmam Məhdi (ə) onu özünə naib təyin etmişdir.

Xüsusiyyətləri: Böyük bir şeyxdir. İftixar olaraq bunu qeyd etmək kifayətdir ki, üç İmamın (ə) xidmətində olmuş, onlar da onu özləri ilə şiələri arasında vasitəçi seçmişlər.

Qəbri: Bağdadın cənub qərbində bir qəbri vardır ki, camaat arasında tanınmışdır.

 

Seyyid Həsən Şirazinin “Kəlimətul-İmamil-Məhdi (ə)” kitabından        

Məqalələrdən istifadə etdikdə zuhuradogru.org saytina keçidli istinad zəruridir.

Leave a Comment