Bismillahir rəhmanir rəhim
Muhəmməd əl-Əmri (r.ə) kimdir?
Adı: Muhəmməd bin Osman əl-Əmri.
Künyəsi: Əbu Cəfər.
Nisbəsi: Əsədi.
Ləqəbi: Əskəri.
Fəaliyyəti: Atası Osman bin Səid əl-Əmrinin (r.ə) həyatda olduğu zamandan və hələ uşaq yaşlarından etibarən İmamların (ə) xidmətində olmuşdur. Məhzərində olduğu ilk İmam, həzrəti İmam Hadi (ə)-dır. Daha sonra İmam Həsən Əskərinin (ə), ondan sonra isə İmam Məhdi (ə)-ın xidmətində olmuşdur. İmam (ə.f) atasının, yəni Osman bin Səidin (r.ə), vəfatından sonra onu özünə naib təyin etmişdir. Təxminən yarım əsirlik bir müddət ərzində həzrətin naibi olmuş, həzrətlə (ə) şiələr arasında vasitəçilik etmişdir.
İmam Hadi (ə), İmam Əskəri (ə) və İmam Məhdi (ə)-ın onun naibliyinə göstəriş verdikləri kimi atası da vəfat etməzdən qabaq onun özündən sonra İmamın (ə) naibi olacağını bildirmişdir.
Onun əli ilə İmam Məhdi (ə) tərəfdən bir çox möcüzələr və kəramətlər aşkar oldmuş, eyni zamanda onun vasitəsilə həzrət (ə) tərəfdən bir çox məktublar sadir olunmuşdur.
Xidmətçisiz və örtüksüz kiçik bir evdə yaşayan mütəvazi bir şeyx olub.
Ona deyirlər: “Bu işin sahibini görmüsən?” Buyurur: “Bəli (görmüşəm). Sonuncu dəfə onunla Beytullahi-Həramda görüşmüşəm və bu zaman o deyirdi: “İlahi, mənə verdiyin vədəni yerinə gətir!””
Həmçinin başqa bir yerdə demişdir: Onu – salavatullahi əleyh – Kəbənin örtüyündən yapışan halda və belə dua edərkən gördüm: “İlahi mənim intiqamımı düşmənlərindən al!” .
Həmçinin demişdir: Bu işin sahibi hər il insanlarla birlikdə həccdə iştirak edir, insanları görür və tanıyır. Onlar isə onu görsələr də tanımırlar.
Rəvayət edilir ki, o özünə bir qəbir qazır. Sonra onu hamarlayır və üzərinə Qurani-Kərimdən olan bir neçə ayə, ətraflarına isa İmamların (ə) adlarını yazır. Bu barədə ondan sual soruşanda deyir: İnsanların (hər bir işi görmək üçün müəyyən) səbəbləri vardır. Hər gün bu qəbrə enər, bir cüz Quran oxuyar, sonra isə çıxarmış. Daha sonra ondan yenə sual ediləndə buyurur: Mənə göstəriş verildi ki, artıq tədarük görəm. Bundan iki ay sonra hicri 305-ci ilin Cəmadəl-Ula ayında isə vəfat edir. Ölüm ayağında deyir ki, “mənə əmr verildi ki, Əbul-Qasim Həsən bin Ruha vəsiyyət edim” və belə də edir.
Qəbri: Qəbri Bağdaddadır və “Xəllani” adı ilə tanınır.
Seyyid Həsən Şirazinin “Kəlimətul-İmamil-Məhdi (ə)” kitabından
Məqalələrdən istifadə etdikdə zuhuradogru.org saytina keçidli istinad zəruridir.