Bismillahir rəhmanir rəhim
Hüseyn bin Ruh (r.ə) kimdir?
Adı: Hüseyn.
Künyəsi: Əbul-Qasim Hüseyn bin Ruh ibn Əbi Bəhr.
Ləqəbi: Novbəxti.
Fəaliyyəti: Fəaliyyətinə ikinci naib Əbu Cəfər Muhəmməd bin Osman Əmrinin (r.ə) yanında başlamışdır. O, Əbu Cəfərə naiblik edir, onun əmlakına nəzarət edir, sirlərini şiənin böyük şəxslərinə çatdırırdı.
Əbu Cəfər vəfat etməmişdən öncə onun barəsində vəsiyyət etmişdir. Onun əli ilə “müqəddəs nahiyə” tərəfdən çoxlu məktublar sadir olmuşdur. Bir dəstə şəxs Əbu Muhəmməd Harun bin Musadan nəql edirlər ki, dedi: Əbu Əli Muhəmməd bin Həmmam mənə xəbər verdi ki, Əba Cəfər Muhəmməd bin Osman vəfat etməmişdən qabaq bizi bir yerə topladı. Bizlər şiənin hörmətli şəxsləri və şeyxləri idik. O bizə dedi: “Ölüm baş verdiyi təqdirdə bu iş Əbul-Qasim Hüseyn bin Ruh Novbəxtinin üzərinə gələcək. Mənə göstəriş verildi ki, onu özümdən sonra öz yerimə qoyam. Ona müraciət edin və işlərininizdə ona etibar edin.”
Başqa bir hədisdə isə gəlmişdir: Əbu Cəfər (r.ə)-in halı pisləşdiyi zaman şiənin nüfuzlu şəxslərindən bir dəstəni yanına çağırdı və onlar da gəldilər. Ona dedilər: Əgər bir şey olsa sənin yerində kim olacaq? Dedi: “Bu Əbul-Qasim Hüseyn bin Ruh bin Əbu Bəhr Novbəxti. O mənim yerimdə olacaq. Sizinlə Sahibul-əmr (ə.f) arasında səfirdir. Vəkildir və çox güvənlir (bir şəxsdir). İşlərinizdə ona müraciət edin, çətinliklərinizdə ona etibar edir. Mən buna əmr edilmişdim və (əmr edildiyimi) çatdırdım.”
Çox fəzilətli və güvənilir bir şəxs olmuşdur. O həddə ki, heç bir ədalətli şəxs barəsində ixtilaf etməmişdir.
Muhəmməd bin İbrahim bin İshaq ondan nəql edir ki, dedi: “Ey Muhəmməd ibni İbrahim, əgər səmaya sovrulsam və məni bir quş qapsa və ya külək sovurub uzaq bir yerə aparsa, bu mənim üçün Allahın dini barəsində öz rəyimdən və özümdən bir şey deməyimdən daha yaxşıdır.” Naiblik müddəti 21 il olmuş, 326-cı ildə vəfat etmişdir.
Qəbri: Qəbri-şərifi Bağdadda Şurca bazarında yerləşir və öz adı ilə tanınmışdır.
Seyyid Həsən Şirazinin “Kəlimətul-İmamil-Məhdi (ə)” kitabından
Məqalələrdən istifadə etdikdə zuhuradogru.org saytina keçidli istinad zəruridir.