Bismillahir Rəhmanir Rəhim
Qurani-Kərimdə İmam Məhdi (ə)-dan bəhs edən ayəti-kərimələrdən biri də mübarək Nəml surəsinin aşağıdakı ayəsidir:
“(Bütlər yaxşıdır) yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə?” (Nəml, 62)
1-Muhəmməd ibn Əbbad Həmid ibn Ziyaddan, o Hüseyn ibn Muhəmməd ibn Səmaədən, o İbrahim ibn Əbdül-Həmiddən, o da Əba Əbdillah (ə)-dan nəql edir ki, həzrət buyurur: “Qaim əleyhis-səlam qiyam etdiyi zaman Məsçidul-Hərama daxil olub qibləyə (Kəbəyə) tərəf yönələr və arxasını “məqam”a tərəf çevirib iki rəkət namaz qılar, sonra deyər:
Ey insanlar, mən insanlar içərisində Adəm əleyhis-səlama ən yaxın olanam, ey insanlar, mən insanlar içərisində İbrahim əleyhis-səlama ən yaxın olanam, ey insanlar, mən insanlar içərisində İsmayıl əleyhis-səlama ən yaxın olanam, ey insanlar, mən insanlar içərisində Muhəmməd səllallahu əleyhi və alihə ən yaxın olanam!
Sonra əllərini göyə tərəf qaldırıb o qədər dua və təzərrö edər ki, üzü üstə düşər. Bu, izzət və cəlal sahibi olan Allahın sözüdür: “(Bütlər yaxşıdır) yaxud əli hər yerdən üzülüb darda qalan (təzərrö edən) birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı başqa bir tanrımı var? Siz nə az düşünüb danışırsınız?””.
2-Muhəmməd ibn Müslim Əba Əbdillah (ə)-dan nəql edir ki, həzrət “(Bütlər yaxşıdır) yaxud əli hər yerdən üzülüb darda qalan (təzərrö edən) birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran?” ayəsi barədə buyurur: “Bu ayə Qaim əleyhis-səlam barədə nazil olmuşdur. O xüruc etdiyi zaman əmmamə bağlayıb “məqam”da namaz qılar və Rəbbinə təzərrö ilə yalvarar. Onun qarşısında heç bir bayraq dayana bilməz”.
3-Əli ibn İbrahim atasından, o Həsən ibn Əli ibn Fəzzaldan, o Saleh ibn Uqbədən o da Əba Əbdillah (ə)-dan nəql edir ki, həzrət adı çəkilən ayə barədə buyurdu: “Muhəmməd Ailəsindən (əleyhimus-səlam) olan Qaim barədə nazil olub. And olsun Allaha ki, o “məqam”da iki rəkət namaz qılıb Allahı çağıran (dua edən) zaman “əli hər yerdən üzülüb darda qalan” halda olacaq. Allah da ona cavab verib şəri və pisliyi uzaqlaşdıracaq və onu yer üzündə xəlifə qərar verəcək”.
4-İsmayıl ibn Cabir Əba Cəfər Baqir (ə)-dan nəql edir ki, həzrət buyurdu: “Bu əmrin sahibinin bu dərələrin birində -əli ilə Zi Tuvaya tərəf işarə etdi- bir qeybə çəkilməsi olacaq… Sonra İmam (ə) dedi:
And olsun Allaha ki, sanki onu arxasını daşa söykəyib Allahdan öz haqqını istədiyini görürəm. Sonra o deyəcək: Ey camaat, hər kim Allah barədə mənimlə mübahisə apararsa, (bilsin) ki, mən insanlar içərisində Allaha ən yaxın olanam. Ey camaat, hər kim Adəm barədə mənimlə mübahisə apararsa, (bilsin) ki, mən insanlar içərisində Adəm əleyhis-səlama ən yaxın olanam. Ey camaat, hər kim Nuh barədə mənimlə mübahisə apararsa, (bilsin) ki, mən insanlar içərisində Nuh əleyhis-səlama ən yaxın olanam. Ey camaat, hər kim İbrahim barədə mənimlə mübahisə apararsa, (bilsin) ki, mən insanlar içərisində İbrahim əleyhis-səlama ən yaxın olanam. Ey camaat, hər kim Musa barədə mənimlə mübahisə apararsa, (bilsin) ki, mən insanlar içərisində Musa əleyhis-səlama ən yaxın olanam. Ey camaat, hər kim İsa barədə mənimlə mübahisə apararsa, (bilsin) ki, mən insanlar içərisində İsa əleyhis-səlama ən yaxın olanam. Ey camaat, hər kim Muhəmməd səllallahu əleyhi və alih barədə mənimlə mübahisə apararsa, (bilsin) ki, mən insanlar içərisində Muhəmmədə ən yaxın olanam. Ey camaat, hər kim Allahın kitabı barədə mənimlə mübahisə apararsa, (bilsin) ki, mən insanlar içərisində Allahın kitabına ən yaxın olanam. Sonra məqama tərəf gedib orada iki rəkət namaz qılar və Allahdan öz haqqını istəyər.
Sonra Əbu Cəfər (ə) buyurdu: And olsun Allaha ki, o Allahın buyurduğu həmin “əli hər yerdən üzülüb darda qalan birisi”dir”. (Sonra həzrət (ə) ayəti-şərifəni buyurdu).
5-Əli ibn İbrahimdən nəql edilən başqa bir hədisdə isə həzrəti Baqir (ə) yuxarıdakı kəlamları azacıq fərqlə qeyd edib buyurur:
“And olsun Allaha ki, o Allahın buyurduğu həmin “əli hər yerdən üzülüb darda qalan birisi”dir: (Bütlər yaxşıdır) yaxud əli hər yerdən üzülüb darda qalan (təzərrö edən) birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Onunla ilk beyət edən şəxs Cəbrail (ə), daha sonra isə üç yüz on üç nəfər şəxs olacaq. (Kim ona tərəf) gedə biləcəksə, gedəcək, gedə bilməyən isə yatağında itəcək. Bu, Əmirəl-möminin (ə) buyurduğu həmin kəlamdır: “Onlar öz yataqlarından itənlərdirlər”. (Həmçinin) Allahın bu sözü də (bu barədədir): “Xeyir işlərdə (bir-birinizlə) yarışın. Harada olursanız-olun, Allah hamınızı (bir yerə) gətirəcək”. İmam (ə) buyurdu: “Xeyir işlər” vilayətdir”.
Başqa bir yerdə isə buyurur: “Və əgər əzabı onlardan az bir dəstəyə qədər təxirə salsaq..” (Hud surəsi, 8) (And olsun Allaha ki) Onlar Qaim əleyhis-səlamın əshabıdırlar. (And olsun Allaha ki,) Onlar bir saatın içərisində onun yanına toplanacaqlar. O Beydaya gəlincə, Süfyaninin ordusu onunla vuruşmaq üçün gələcək. Allah isə yerə əmr edəcək və o onların ayaqlarından tutacaq (udacaq). Bu, Allahın bu kəlamıdır: “Sən onları bir qorxduqları zaman görəydin! Artıq qaçıb can qurtarmağa heç bir imkan yox, özləri də yaxın bir yerdə yaxalanmışlar. Onlar: “Ona inandıq!” – deyirlər” Yəni, Muhəmməd Ailəsindən (əleyhimus-səlam) olan Qaimə inandıq. “Amma uzaq bir yerdən əlləri (imana, tövbəyə) necə çata bilər?!”. “Artıq onlarla istədikləri şey (iman və tövbə) arasında əngəl törədilmişdir”. Bilin ki, onlar əzab görəcəklər. “Daha öncə özlərinə bənzər kəslərə edildiyi kimi”. Yəni, onlardan öncə (vilayəti) inkar edənlər kimi onlar da həlak olacaqlar. (Təfsiri Qummi, c.2, s.205)
“Əl-Məhəccə fima nuzilə fil-Qaimil-Huccə”, Seyyid Haşim Bəhrani
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.