Müxtəlif İslami məzhəblərin yaranmasına qısa bir baxış

Bismillahir Rəhmanir Rəhim

Əvvəlcədən bunu da qeyd etməliyik ki, əsl həqiqətə əsaslanan, bütün əhkam və əqidəsi Quran, sünnət, ağıl və məntiqə əsaslanan şiə məzhəbi heç də sonradan və kiminsə əli ilə yaranmayıb. Şiələr İslam meydana gələn gündən olublar. Onlar Allahın göndərdiyi bütün qanun-qaydaları və Peyğəmbərin (səlləllahu əleyhi və alih) səhih sünnətini qəbul edirlər. Həmçinin, şiələr Peyğəmbərin (səlləllahu əleyhi və alih) özündən sonra təyin etdiyi hər cür çirkinlik, günah, xəta və səhvlərdən uzaq olan on iki məsum İmamın o Həzrətdən sonra mütləq rəhbərliyinə etiqad bəsləyir və onların göstərişlərinə əməl edirlər. Bəs, şiənin sonradan necə yaranıb vücuda gəlməsi bəhsinin özü düzgün olmaz. Çünki şiə – yəni, əsl həqiqi İslam, şiə – yəni, həqiqət tərəfdarı, şiə – yəni ağıl, məntiq və tutarlı dəlillərə əsaslanan və hər bir zamanda İslam dininin əsl çöhrəsini canlandıran, həmçinin, heç vaxt zillət və zülmü qəbul etməyə razı olmayan, əqidəsini, imanını hər hansı maddiyyata satmayan əsl İslam.

Bu günə kimi dünyada heç bir məzhəbin başbilən alimləri, şiə alimlərinin “bir stol arxasında oturub hər kəsin öz əqidəsi barəsində doğru dəlilini sübut etməsi iddiasına” cavab verməyiblər. İstər müsəlman və istərsə də qeyri-müsəlmanlardan olan məzhəb iddiaçılarından heç birinin bu işə girişməyə cürətləri olmayıb. Həmişə uzaqdan-uzağa şiələr barəsində böhtanlar yaymış və heç bir əsas olmadan əsl İslam carçılarının üstünə pərdə atmaq istəmişlər. Tarix səhifələrini diqqətlə araşdıran hər bir şəxs, bu həqiqəti yaxşıca dərk edər. Hətta iş o yerə çatır ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından yarım əsr keçməmiş, onun qucağında böyüyən və müsəlmanların məsum İmamı kimi Peyğəmbər (səlləllahu əleyhi və alih) tərəfindən elan olunan övladı İmam Hüseyn əleyhissəlamı zəmanəsinin şərabxoru, özünü İslam xəlifəsi sayan Yezid kimi şəxslər “xarici” adı ilə şəhadətə çatdırır.

Nə isə, bu barədə bəhs etməkdən ötrü xüsusi kitablar lazımdır. Bizim əsl hədəfimiz başqa şeydir. Necə oldu ki, İslam dini dörd məzhəbə parçalandı? Bunun səbəbini qısaca olaraq dörd dəlillə isbat etmək olar.

Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından təxminən iki əsr sonra yəni hicrətin 150-ci ilində Hənəfiyyə, 179-cu ilində Malikiyyə, 204-cü ilində Şafiiyyə və 241-ci ilində Hənbəli məzhəbləri vücuda gəlirlər. Sonralar isə onlarca İslam məzhəbi meydana çıxır və hər biri özünün haqq olmasını iddia edir. Təxminən hicrətin yeddinci əsrində İslam firqələri həddini aşdığına görə Misir padşahı Məlik Zahirin əmrinə əsasən, bu dörd məzhəbdən başqa bütün İslam məzhəbləri qadağan olunur. Bəzi tarixçilər bu məzhəblərin vücuda gəlməsini belə izah edirlər.

Birinci:  İslam dövləti Peyğəmbərdən (səlləllahu əleyhi və alih) bir müddət sonra müxtəlif xırda dövlətlərə parçalanır. Təbiidir ki, hər dövlətin alimləri öz ölkələrinin siyasətinə tabe olur və o dövlətin iddia etdiyi məzhəbi müdafiə edirdilər.

İkinci:  Müctehidlərin müxtəlif dəstələrə bölünməsi, hər bir dəstənin xüsusi şəri məktəb təşkil etməsi, özləri üçün başqa məzhəblərin iddiasını rədd etməkdən ötrü xüsusi şagirdlər hazırlamaları, hər bir dəstənin özlərinin haqq olmasını iddia etməsi və bununla da, əsl elmi müstəqillik ruhiyyəsinin ölməsi səbəb olur ki, hərə özü üçün bir məzhəb təşkil etsin.

Üçüncü:  Bəzilərinin müctehidliyə elmləri çatmadığı və ləyaqətləri olmadığı halda fətva və hökm vermələri, onlardan ötrü isə heç bir qayda-qanunun olmaması! Nəhayət, dördüncü əsrdən dində ictihad (yəni, elmi rəyin və müctehid olmağın) qapısının bağlanması və yalnız hər kəsin öz başçılarının sözlərinə kifayət etmələri. Yəni, əgər məsum olmayan hər hansı məzhəb başçısı nə deyibsə, odur. Daha bizim yenidən bu barədə təhqiq aparıb onun səhvlərini düzəltməyə ixtiyarımız yoxdur. Yəni Qiyamətə kimi, heç bir isməti olmayan, xəta, səhvlərdən uzaq olmayan bir şəxsdən təqlid etmək!

Dördüncü:  Din alimləri arasında “özlərini öymək” (mənəm-mənəmlik) həsədlik və müxtəlif əxlaqi xəstəliklərin çoxalması! Elmi sahədə çalışmaq ruhiyyəsinin ölməsi, alimlərin bir-birinə etimadlarının zəifləməsi, istədikləri şəxsin elmi məqamını təhqir edib aşağı salmaları və ya istədiklərini mənsəb başına qoymaları.

Bütün bunlar səbəb olur ki, müxtəlif firqələr vücuda gəlsin və hər kəs özünün iddiasını irəli sürsün.

 

Tarixi və dini bəhslər (şübhələrə cavab)

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment