Bismillahir Rəhmanir Rəhim
Məsələ 288: Ləhv məclisləri ilə münasib olan mütrib musiqi çalmaq, ona qulaq asmaq, istər kişilər, istərsə də qadınlar üçün caiz deyildir, hətta qeyri-musiqi alətləri ilə olsa belə, o cümlədən, tava, vedrə və s.
İmam, Xamenei, Məkarim: İstifta.
İmam: “İstiftaat”, “məkasibi mühərrəmə”, Sual: 25.
Təbrizi: Ləhvi musiqi (əyyaşlıq və kef məclislərinə münasib olan məxsus alətlərlə çalmaq) və ona qulaq asmaq caiz deyildir, istər toy məclislərində olsun, istərsə də başqa məclislərdə, mütrib və ləhvi musiqinin haram olmasında musiqinin əyyaşlıq məclislərinə münasib olan musiqi olması şərt deyildir və ona qulaq asmaq haramdır. İstifta.
Bəhcət: “Tovzihul-məsail”, “müxtəlif məsələlər”, 20-ci məsələdən və İstiftadan istifadə etməklə.
Sistani: “Minhacus-salihin”, “məkasibi mühərrəmə”, 20-ci məsələdən istifadə etməklə.
Fazil: “Camiul-məsail”, 987-988-ci suallardan istifadə etməklə.
Məsələ 289: Mütrib musiqini lent yazılarına qulaq asmaq istər kişilər, istərsə də qadınlar üçün caiz deyildir.
İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil və Məkarim: Əvvəlki məsələnin mənbələrindən istifadə etməklə.
Məsələ (Sual) 290: Mütrib musiqi dedikdə, nə nəzərdə tutursunuz?
Cavab: Ləhv və ləib məclisləri ilə münasib olan musiqidir.
İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani: İstifta.
Təbrizi: “Siratun-nəcat”, 1001-ci sualdan istifadə etməklə.
Fazil: O musiqiyə deyilir ki, ləhv və ləib məclisləri üçün münasib olsun, yəni insan üçün vəcdə gəlmək və ruh yüksəkliyi baxımından qeyri-adi bir halətin yaranmasıdır.
“Camiul-məsail”, 1-ci cild, 1006-cı sualdan istifadə etməklə.
Məkarim: O musiqidir ki, ləhv, ləib və fəsad məclisləri ilə münasibdir. İstifta.
Məsələ (Sual) 292: İran İslam respublikasının televiziya və radiostansiyasında efirə buraxılan musiqilərin bəziləri şah rejimi dövründə də efirə buraxılır, bəziləri də xarici kinolardan götürülmüş musiqidir, digərləri də tağut dövründəki xanəndələrin səsi olmadan verilir. Xahiş olunur ki, onların mübah və halal olan hallarını bəyan edəsiniz?
Cavab: Mütrib musiqi haramdır (hətta İran İslam respublikasının televiziya və radiosundan efirə buraxılsa da belə). Şəkk olunan səslərin isə eybi yoxdur.
İmam, Xamenei, Fazil, Məkarim: İstifta.
İmam: “İstiftaat”, “məkasibi mühərrəmə”, 28-29 və 31-ci suallar.
Fazil: “Camiul-məsail”, 1-ci cild, Sual: 998-999.
Bəhcət: Musiqi alətləri ilə çalınan ahəng və musiqilər mütləq şəkildə işkallıdır. İstifta.
Təbrizi: Ehtiyat-vacibə görə, şəkk olunan hallardan çəkinmək lazımdır.
“Siratun-nəcat”, 1002 və 1015-ci məsələlərdən istifadə etməklə.
Sistani: Musiqi ləhv və ləib məclisləri ilə münasibdir və haramdır. İstifta.
Məsələ (Sual) 294: Müğənninin şəxsiyyəti, oxumaq yeri, yaxud oxumaqda məqsəd və hədəf musiqinin hökmündə təsirlidirmi?
Bəhcət: Bu kimi işlər musiqinin haram və yaxud halal olmasında heç bir rol ifa etmir. İstifta.
Xamenei: Haram musiqi mütrib, ləhv və ləib məclislərinə münasib olan musiqilərdir və bəzən də müğənninin şəxsiyyəti, yaxud bəstələnmiş kəlam, söz, yaxud oxunan yer, yaxud sair şəraitlər musiqinin mütrib, ləhvi, haram musiqi ünvanı olmasında və yaxud başqa digər haram ünvanların aid edilməsində təsirlidir. Misal üçün, bu kimi işlərin nəticəsində fəsada səbəb olarsa. “Əcvibətül-İstiftaat”, 2-ci cild, Sual:45.
Məsələ 295: Müharibə, yaxud əzadarlıq mərasimləri üçün təşkil olunan musiqilər, inqilabi nəğmələr çalmaq, yaxud onlara qulaq asmaq, bir sözlə, hər növ musiqi, mütrib olmadığı halda, işkalı yoxdur.
İmam, Xamenei, Fazil, Məkarim: İstifta.
Təbrizi: “Siratun-nəcat”, 1003 və 1010-cu suallardan istifadə etməklə.
Fazil: “Camiul-məsail”, 987-988-ci suallardan istifadə etməklə.
Bəhcət: Musiqi aləti vasitəsilə yanaşı olan ahəng və musiqi mütləq şəkildə işkallıdır. İstifta.
Sistani: Musiqinin haram olmasında əsas meyar ləhv-ləib və eyş-işrət məclisləri ilə münasib olmasıdır. İstifta.
Məsələ (Sual) 296: Əgər bir şəxs üçün heç bir növ ahəng və musiqi təhrik icad etməzsə, onun bu ahənglərə və musiqilərə qulaq asması necədir?
Cavab:
Təbrizi: Əyyaşlıq, eyş-işrət məclislərinə münasib olan musiqi, ləhv musiqidir, ona qulaq asmaq haramdır, istər şəxs təhrik olsun, istərsə də olmasın. İstifta.
Musiqinin haram olmasında meyar camaat arasında onun mütrib olub-olmamasıdır, istər şəxs təhrik olunsun, istərsə də olmasın.
İmam, Təbrizi, Xamenei, Fazil, Məkarim: İstifta.
Bəhcət, Təbrizi, Sistani:
Bəhcət: Musiqi alətləri vasitəsilə çalınan ahəng və musiqilər mütləq şəkildə işkallıdır. İstifta.
Sistani: Yalnız ləhv və ləib məclislərinə münasib olunanlar istisna olunur. İstifta.
Seyyid Məhəmməd Məsud Məsumi, Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.