Bismillahir rəhmanir rəhim
İmam Zaman (ə)-dan nəql edilən duaların birində həzrət (ə) tərəfdən qeyb dövründə cəmiyyətin fərdlərinin daşımasının gərəkən bəzi xüsusiyyətlər açıqlanmışdır. Duada alimlər barəsində deyilir:
“İlahi, alimlərimizə zöhd və ixlas əta etməklə ehsan buyur..” (Misbah, Kəf`əmi, səh.281)
Alimlər, xüsusən də din alimləri və din hərəminin himayədarları islah və ümmətin düzəldilməsi karvanında ilk cərgədə dayanırlar. Buna əsasən, ilahi Höccətin (ə) zühuruna lazımı zəminin yaradılması məsələsində onların boyunlarına böyük bir məsuliyyət düşür. Duada digər dəstələrdən qabaq bu dəstənin adının çəkilməsi və onlarla başlanılması bu dəstənin sair dəstələrlə müqayisədə daha mühüm və daha çətin vəzifə daşımasına və onun intizar mədəniyyətinin islahında və müntəzirlərə yol göstərməkdə xüsusi rola malik olmasına görədir.
Aşağıda qeyd olunanlar bu dəstənin boynuna düşən ən mühüm işlərdən hesab olunurlar:
1-Zöhd: Alimlərə üz gətirən ən təhlükəli afət dünyatələblik və dünyəvi bağlılıqlara meyl etməkdir. (Bax: Ğurərul-Hikəm: 48, Bihar: 52/2, bab 11) Alimlər özlərində zöhd mələkəsini gücləndirməyə çalışmalı, dünya bər-bəzəyindən üz döndərməyə səy etməlidirlər, elə bir həddə ki, batinləri dünyaya və ya ona bağlanmağa meyl etməsin. Dünya onlar üçün sadəcə axirəti düzəltmək (qurmaq) üçün bir vasitə olsun. Beləliklə bu mələkə sayəsində öz nəfslərini və müntəzir olan ümmətin əməllərini islah etməyə atılmalıdırlar.
2-İxlas: Duada “nəsihə” kəlməsi işlənmişdir ki, bu da tam mənada ixlas, riyadan uzaq olmaq və təmizlik mənasına gəlir. Bu şərif duada gəlmişdir ki, gərək alimlər fikirlərini, sözlərini və hərəkətlərini kin-küdurətdən və nöqsanlardan təmizləsinlər, həqiqi şəkildə bu ümmətin xeyrini istəsinlər və bu işdə ixlaslı olsunlar. Yalnız ümmətin xeyir və səlahı olan işlər barədə düşünməli, yalnız belə işlər əncam verməlidirlər.
Kim bu sifətlərə sahib olarsa, o zaman həqiqi müntəzirlər cərgəsinə mənsub edilməyə layiq olar. Xüsusən də nəzərə aldıqda ki, onun Müntəzər İmamı (ə) zəmanəsinin ən zahid və ən ixlaslı şəxsidir. İmamı ilə sinxiyyəti olmayan kəs onun dostlarından və müntəzirlərindən sayılmaz.
Ayətullah Cavadi Amuli, “əl-İmamul-Məhdi əl-məvcud əl-məv`ud”
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.