Bismillahir rəhmanir rəhim
Əhli-sünnətin e’tiqad etdiyinə əsasən, adı çəkilən Dəccalın alnına “kafir” kəlməsinin yazıldığı fikrini həqiqətdən uzaq bilirəm. Çünki, alnında açıq-aşkar “kafir” kəlməsi yazılan şəxsiyyətə müsəlmanların tabe olması inandırıcı deyildir. Həmçinin “kafir kəlməsini yalnız möminlər oxuya biləcəg” fikrini iddia edənlər də yanılmışlar. Əgər bu söz doğrudursa, o zaman nəticəsi qabaqcadan bilinən imtahan faydasız olar. Buradan aydın olur ki, Dəccalın kor olması və müsəlmanların ona tabe olması fikri əsassızdır.
Vaxtı ikən, bu təəcübləndirici rəvayətlər məni heyrətləndirirdi. Necə ola bilər ki, Allah-təalanın zəfərə nail etdiyi İmam Mehdinin (ə.c) intizarında olan müsəlmanlar ona bey’ət etməyib, müharibə etsinlər?!
Sünni və şiə məzhəbi arasında İmam-Mehdi (ə.c) haqqında mövcud olan ixtilaflı məsələləri araşdırdıqda, şiələrin o şəxsiyyətə böyük etiqad bəslədiklərini və onu on ikinçi imam kimi gördüklərini yəqinləşdirdim. Bundan sonra təəccüb doğuran məsələlər mənə aydın oldu.
Bəli, şiələrin imamı zühur etdikdən sonra ona bey’ət olunacaq. Lakin əhli-sünnətin bə’zi təəssübkeş insanları bu imamı qəbul etməyib, intizarında olduqları imamın sünni olacağını irəli sürəcəklər.
Müasir zamanımızda əhli-sünnətin şiələrlə ixtilafda olduğu bəllidir. İranda İslam inqilabına və onu həyata keçirən şəxsə tə’nə vurmaları buna misaldır. Bu qərəzliyin meydana gəlməsini onlar özləri də dərk etmirlər. Bu mövqeyi İslam ümməti arasında bərqərar edənlər, İslamın açıq-aşkar düşmənləridir.
İnqilabın həyata keçməsi barədə “Səhih-Buxari”də Əbu-Hureyrədən nəql olunan rəvayətdə deyilir: “Cümə surəsi Peyğəmbərə nazil olarkən, biz də onun yanında idik. (“Başqa bir topluya ki, hələ onlara qoşulmayıblar” { 62.Cümə surəsi, 3 } ) Əbu-Hüreyrə belə davam edir: “Mən Rəsuləllahdan bunların kim olduğunu üç dəfə tə’kidlə soruşanda, O Həzrət mənə cavab vermədi. Salman-Farsi də həmin məclisdə əyləşmişdi. Rəsuləllah əlini onun çiyninə qoyaraq dedi: “Əgər iman dan ulduzunda olarsa, bunlardan (yə’ni Salmandan) ona bir və ya bir neçə nəfər çata bilər.”
Həmçinin Allah-təala onlara işarə edərək buyurmuşdur: Budur siz Allah yolunda sərf etməyə çaqırılan kimsələrsiniz. Bununla belə içərinizdə xəsislik edən də vardır. Hər kəs xəsislik etsə, ancaq özünə qarşı xəsislik etmiş olar. Allah zəngin siz isə yoxsulsunuz. Əgər ondan üz döndərsəniz, yerinizə sizlər kimi olmayan başqa bir qövm gətirər” { 47.Muhəmməd surəsi, 38 }
Rəsuləllah (s) bu ayəni nəql edəndə ayədəki “…Başqa bir qövm gətirər” kəlamının kimlərə işarələndiyini O Həzrətdən (s) soruşanda, əlini Salmanın dizinin üzərinə qoyaraq belə cavab verdi: “Bunu və qövmünü”. Sonra sözünə belə davam etdi: “Əgər din dan ulduzunun üzərində olarsa, ona farslardan bir neçə nəfər çata biləçəg”. { Təfsir ibn-Kəsir, “Əl-Qurtubi”. “Durul-Mansur” və “Ət-Təbəri”. }
Buna əlavə olaraq Peyğəmbər (s) müasir zamanımızda belə müsalmanların arasında fitnə-fəsad yaradanları hələ öz dövründə ikən tənqid etmişdir. İbn-Ömərdən gələn hədisdə belə deyilir: “Rəsuləllah (s) bir gün – Ey Allahım! Şamımıza, {1} Yəmənimizə bərəkət ver – deyə dua edirdi. Başqa şəxslər Nəcdimizə {2} də bərəkət ver deyə dua edirdilər. Amma Rəsuləllah (s) yalnız Şam və Yəməni dua edirdi. Onlar “Ya Rəsuləllah (s), bəs Nəcdimizə?!” deyə təəccüblənərək soruşdular.
İbn-Ömər deyir ki, bu hal üç dəfə təkrar olunduqdan sonra belə zənn etdim ki, Rəsuləllah (s) üçüncü dəfə belə dedi: “Oralarda zəlzələlər, fitnə-fəsadlar və şeytanın burnu peyda olunar.” { Əl-Buxari. Cild 9, səh 166. “Kitabul-Fitən”, “Əl-Fitnə min qibəlil-məşriq” babı. } (Şam – qədim zamanlarda, indiki Suriyaya, Fəlastinə və İordaniyaya deyilirdi. Nəcd – Saudiyyə Ərəbistanında bir məntəqə adıdır. )
Mən (müəllif) bu hədisin axırındakı işarələrin Vəhhabilərə aid olduğunu yəqinləşdirdim. Bu təriqəti yaradan Nəcdin Əl-Uyeynə kəndində dünyaya gələn Muhəmməd ibn-Əbdül-Vəhhabdır. Bu təriqətdə olanlar Tövhidi gözdən pərdə olaraq asıb, bu pərdənin altında olan xəbis məqsədləri isə bütün İslam məzhəblərini və xüsusən də, Əhli-Beytə (ə) tabe olanları müşrik adlandırmaqdır.
Məsələn; onlar Peyğəmbərləri, övliyaları, salehləri vasitə qərar verməklə Allaha dua etməyi müşriklik kimi qələmə verirlər. İş burasındadır ki, onların sözlərinin əksini “Səhih-Buxari”də Ənəsin nəql etdiyi rəvayət aşkara çıxarır. O deyir: “Yağış kəsilən vaxt Ömər ibn-Xəttab istisqa edəndə, Peyğəmbərin (s) əmisi Abbas ibn Əbdul-Mütəllibi özü ilə aparıb belə dua edərmiş: – Ey Allahım! Peyğəmbərlə sənə təvəssül edəndə, bizə yağış əta edirdin. İndi isə Peyğəmbərin əmisi ilə sənə təvəssül edirik, bizə yağış göndər!” Ənəs nəql edir ki, bu zaman Allah-təala onların duasını qəbul edərdi. { Səhih-Buxari. Cild 2, səh 66. “Əl-İstisqa” bölümü. }
Vəhhabilərin belə iddiaları ondan irəli gəlir ki, həqiqətən şiələr, Əhli-Beytin (ə) müqəddəs məqama yetişdiklərinə və onların Allah dərgahında sevib-seçilən şəxslər olduğuna inanırlar. Bu da hər kəsə mə’lumdur ki, əgər onlar olmasaydı, bəşər zəlalətdə idi.
Vəhhabiliyi rədd etməyə “Səhih-Buxari”nin Peyğəmbərdən (s) söylədiyi rəvayət kifayətdir: “Məşriq tərəfdən insanlar zahir olar ki, onlar Qur’an oxumaqdan savayı heç bir şey bilməzlər. Onlar dindən sapmış şəxslərdir. Öz dinlərinə qayıtmazlar”. O Həzrətdən (s) soruşdular: “Onların əlamətləri nədir? Həzrət buyurdu: “Hər zaman başlarını qırxarlar”. { Buxari. Cild 3, səh 489. “Ət-Tövhid” bölümu. “Qiraətul-Facir vəl-munafiq” babı. }
Bu əlamətlərin Vəhhabilərə məxsus olduğunu onların öz tarixləri də sübut etmişdir, { “Fitnətul-Vəhabiyyə” kitabı; səh 77; İstanbul çapı 1978-ci miladi ili. }
Əsəd Vəhid əl-Qasim, “(On iki İmamçı) Şiələrin həqiqəti kitabından”