Bismillahir rəhmanir rəhim
Beləliklə, Peyğəmbərin (s) bəşarət verdiyi Mehdinin (ə.c) on ikinci xəlifə olması barədə əhli-sünnət və şiələr müttəfiqdirlər. Lakin bir neçə məsələlərdə müxtəlif rə’ylər mövcuddur:
1.Əhli-sünnətin bir qismi İmam-Mehdinin (ə.c) zamanın axırında doğulaçağına e’tiqad edirlər. Amma şiələr isə, bunun əksinə olaraq e’tiqad edirlər ki, O Həzrət 255-ci hicri ilində anadan olmuş və atası şiələrin on birinci imamı, İmam Həsən-Əsgəridir. Şiələrin başqa bir inancı da budur ki, Allah-təala İmam Mehdini (ə.c) bir hikmət səbəbindən gözlərdən qeyb etmiş və zamanın sonuna qədər O Həzrəti (ə.c.) yaşadacaqdır.
2.”Adı, mənim adıma bənzəyən, atasının adı atamın adına bənzəyən” rəvayətinə istinadən, eləcə də bundan əvvəl deyilən fətvaya əsasən, əhli-sünnət e’tiqad edir ki, İmam Mehdi (ə.c) İmam-Həsənin (ə) nəslindəndir və atasının da adı Əbdullahdır.
Şiələrə gəldikdə, onlar Mehdinin (ə.c) İmam Hüseynin (ə) nəslindən olub, atasının İmam Həsən-Əsgəri adı ilə tanındığını söyləyirlər. Bunu, Peyğəmbərin (s) “Adı mənim adımdan, atasının adı oğlumun adındandır” hədisi ilə sübut edirlər.
İmam-Mehdinin (ə.c) beş yaşında ikən imamətə yetişdiyinə e’tiqad edən şiələrin fikrinə sünnət əhli tə’nə edir. Bu tə’nə, onların əsəbiyyətlərindən irəli gəlir və əcdadlarından qalan əqidəyə uyğun olmayan başqa əqidəli şəxslərin dəlilini nəzərə
almadan, onları batil bilirlər. Bu sözlərə cavab veririk:
* Əhli-sünnətin bir çox alimləri e’tiqad edirlər ki, Mehdi (ə.c) İmam Həsən-Əsgərinin (ə) övladıdır. O Həzrət dünyanın sonunda zühur edəcəkdir. Bu əqidədə olan alimlərin bir neçəsinin adını aşağıda sadalayırıq:
1. Muhiyəddin ibn-Ərəbi “Əl-Futuhat əl-Məkkiyyə” kitabı.
2. Sibt ibn-Cauzi “Təzkirətil-Xəvas” kitabı.
3. Əbdul-Vəhhab əş-Şə’rani “Əqaid əl-əkabir” kitabı.
4. İbn-Xəşşab “Təvarix vəl-məvaid əimmə və fəvatir” kitabı.
5. Muhəmməd Əl-Buxari Əl-Hənəfi “Fəslul-Xitab” kitabı.
6. Əhməd ibn-İbrahim Əl-Bəlaziri “Əl-hədis əl-mutəsəlsil” kitabı.
7. İbnus-Səbbağ əl-Maliki “Əl-fusulul-Muhimmə” kitabı.
8. Əl-Arif Əbdur-Rəhman “Mir’atul-Əsrar” kitabı.
9. Kəmaluddin ibnu-Təlhə “Mətalib əs-su’ul fi mənaqib ər-rəsul”.
10.Əl-Qunduzi Əl-Hənəfi “Yənabiul-Məvəddə” kitabı və s… { Bu qaynaqları Ticani Səmavinin “Li əkunə mə’əs-sadiqin” (“Doğrularla birgə”) kitabından əxz etdim. }
Əsəd Vəhid əl-Qasim, “(On iki İmamçı) Şiələrin həqiqəti kitabından”