Mehdi inancının tarixi

Bismillahir rəhmanir rəhim

Mehdi inancı nə vaxt və necə ortaya çıxdı? Rəsulullah zamanında da Mehdidən danışılırdımı? Yoxsa Rəsulullahın vəfatından sonramı müsəlmanlar arasına bu inanc girdi? Bəzi şübhəçilər deyir ki bu inanc İslamın ilk zühurunda yox idi; birinci əsrin ikinci yarısında müsəlmanlar arasında ortaya çıxdı. Bəziləri Məhəmməd ibn Hənəfiyəni Mehdi olaraq adlandırdılar. Onun vasitəsiylə İslam üçün parlaq bir gələcək vəd etdilər. Öldüyü zaman da “ölməmişdir “Radva” dağında yaşayır və bir gün çölə çıxacaq” dedilər.

Həqiqət budur ki, Mehdi inancı müsəlmanlar arasında İslamın ilk zühurundan bəri məşhur idi. Rəsulu Əkrəm (s.ə.s) bir dəfə deyil dəfələrlə Hz. Mehdinin gələcəyindən xəbər vermişdir; Hz.Mehdinin (ə.f) dövləti, əlamətləri, əsərləri, adı və ləqəbi haqqında açıqlamalar vermişdir. Rəsulullahdan (s.ə.s) bu barədə Şiə və Əhli sünnə mənbələri ilə nəql edilən hədislər təvatür həddini bilə aşmaqdadır. Nümunə olaraq bu hədislərdən bir neçəsini burada zikr edirik:

Abdullah ibn Məsud Peyğəmbərin (s.ə.s) belə buyurduğunu nəql edir: “Əhli Beytimdən adı Mehdi olan biri ümmətimə hökm etmədikcə dünyanın sonu gəlməz. “[1] 

Əbul Hicaf da Peyğəmbərin (sə.s) üç dəfə belə buyurduğunu rəvayət edir: “Mehdi barəsində müjdələr olsun sizlərə… Xalqın dağıldığı və çətinliklərin baş göstərdiyi zaman Mehdi zühur edəcək. Zülm və sitəmlə dolan yer üzünü ədalətlə dolduracaq. Onun yolundan gedənlərin ürəyini ibadətlə dolduracaq və ədaləti hər kəsi örtəcək. “[2] 

Digər bir hədisdə də Peyğəmbərin (s.ə.s) belə buyurduğu nəql edilmişdir: “Bizdən olan haqq Qaim qiyam etmədikcə əsla qiyamət qopmaz. Bu da Allahın icazə verdiyi bir zamanda olacaq. Ona itaət xilas olar, ondan geri qalan isə həlak olar. Ey Allahın qulları, Allahdan qorxun; Mehdi zühur edincə, hər şeyi buraxıb mümkün olan hər vəsiləylə ona doğru qaçın. Çünki o Allahın  xəlifəsi və mənim qəyyumumdur. “[3]

Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Övladlarımdan olan Mehdini inkar edən məni inkar etmişdir. “[4]

Və yenə Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Hüseynin övladlarından olan biri ümmətimin işlərini ələ keçərmədikcə dünya sona çatmaz. O, zülm və sitəm ilə dolan yer üzünü ədalətlə dolduracaq. “[5]

 

[1] – Biharul Ənvar, H. 1384 Islamiyə nəşri, c. 51, s. 75; Isbatul Hüdat 1-ci nəşr, c. 7, s. 9.

[2] – Biharul Ənvar, c. 51, s. 74.

[3] – Biharul Ənvar, c. 51, s. 65; Isbatul Hüdat, c. 6, s. 382.

[4] – Biharul Ənvar, c. 51, s. 73.

[5] – Biharul Ənvar, c. 51, s. 66.

 

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment