Məsum İmam maddi və mənəvi aləm arasında bir rabitədir

Bismillahir rəhmanir rəhim

Hz. Rəsulullah (s), “Qeybət dövründə Hz. Mehdinin varlığının nə kimi bir faydası olacaq?” şəklində soruşulan bir suala belə cavab verdilər: “Məni peyğəmbər olaraq göndərən Allaha and olsun ki insanlar, qeybət dövründə, buludların arxasındaqalan günəşdən faydalandıqları kimi ondan faydalanarlar.” [1]

Yenə “Yənabiul-Məvəddə” adlı kitabda, Süleyman Aməş b. Mehran vasitəsilə İmam Sadiqdən (ə) İmam Zeynul-Abidinin (ə) belə buyurduğu nəql edilmişdir: “Biz, müsəlmanların İmamı, dünya əhlinin hüccətiyik. Ulduzların göy əhlinə zəmanət və qurtuluş vəsiləsi olduğu kimi, bizlər də yer əhlinin zəmanət qaynağı və qurtuluş vəsiləsiyik. Bizim hörmətimizə, Allah istəmədikcə göydən bir şey yerə düşməz. Bizim vasitəmizlə Haqqın rəhmət yağışı yağmaqda və yer üzü bərəkətlərini çıxarmaqdadır; əgər biz yer üzündə olmasaydıq, yer üzü üzərindəkiləri udardı. Allahı Təala, Adəmi (ə) yaratdığı gündən bəri yer üzü heç bir zaman hüccətsiz qalmamışdır. Amma bu hüccət bəzən zahirdir və tanınar, bəzən də qaib və gizlidir. Qiyamətə qədər də yer üzü hüccətsiz qalmayacaq. Əgər İmam olmazsa Allaha (haqqıyla) ibadət edilməz.” [2]

[1] – Biharul-Ənvar, c. 52, s. 93.

[2]  – Yənabiul-Məvəddə, c. 2, s. 217.

 

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.   

 

Leave a Comment