Məqamı Müəzzəm Rəhbər Seyyid Əli Xamnei Ağanın gənclərə tövsiyyəsi.

1⃣ Beş vaxt namazı vaxtında qılın, gecə namazı da qılmağa çalışın.
2⃣ Vacibləri yerinə yetirib, haramlardan uzaq olun.
3⃣ Bazar ertəsi və cümə axşamı günləri imkan daxilində oruc tutmağa çalışın.
4⃣ Çox yatmayın və Quranı-Kərimi çox oxuyun.
5⃣ Sözünüzün üstundə durun və vədlərinizi yerinə yetirin.
6⃣ Sadə və nümayişdən uzaq geyimlər geyinin.
7⃣ Yoxsullara kömək edib, hər gün sədəqə verməyə çalışın.
8⃣ Çox xərc aparan, dəbdəbəli məclislərə qatılmayın, özünüz də belə məclislər qurmayın.
9⃣ Çox danışmayın, çox dua edin.
🔟 İnformasiyanızı artırın, dini diskussiyalara qatılın.
1⃣1⃣ Etdiyiniz yaxşılıqları unudun və keçmiş günahlarınızı xatırlayın.
1⃣2⃣ İdmana ciddi diqqət verin.
1⃣3⃣ İslam ölkəsinin ehtiyac duya biləcəyi bütün elmləri öyrənməyə çalışın.
1⃣4⃣ Hər baxımdan diqqətli və ayıq olun.
1⃣5⃣ Quran qiraəti və təcvid qaydalarını öyrənin.
1⃣6⃣ Günün tələbini öyrənin, aktual xəbərləri, xüsusilə də müsəlmanları maraqlandıran xəbərləri izləyin.
1⃣7⃣ Maddiyatda yoxsulları, mənəviyyatda rəbbani alimləri örnək götürün.
1⃣8⃣ Axşam yatmazdan əvvəl özünüzlə hesab çəkin, gün ərzində işləmiş olduğunuz günahlardan tövbə edin və gözəl işləriniz üçün şükür edin.

Ayətullah Seyyid Əli Hüseyni Xamenei

Leave a Comment