Məhdi (ə.f) inancının tarixi (hədislər əsasında)

Bismilləhir Rahmənir Rahim 

Mehdi inancı nə vaxt və necə ortaya çıxdı? Rəsulullah (s) zamanında da Hz. Mehdidən (ə.f) söz edilirdimi? Yoxsa Rəsulullahın (s) vəfatından sonramı müsəlmanlar arasına bu inanc meydana gəldi? Bəziləri deyir ki, bu inanc İslamın ilk zühurundan yox idi; birinci əsrin ikinci yarısında müsəlmanlar arasında ortaya çıxdı. Bəziləri Məhəmməd ibn Hənəfini Mehdi olaraq adlandırdılar. Onun vasitəsiylə İslam üçün parlaq bir gələcək vəd etdilər. “Öldüyü zaman da ölməmişdir “Rəzva “dağında yaşayır və bir gün çölə çıxacaq” dedilər.

Həqiqət budur ki Mehdi inancı müsəlmanlar arasında İslamın ilk zühurundan bəri məşhur idi. Rəsuli Əkrəm (s) bir dəfə deyil, dəfələrlə Hz.Mehdinin (ə.f) gələcəyindən xəbər vermişdir; Hz.Mehdinin (ə.f) dövləti, əlamətləri, əsərləri, adı və ləqəbi haqqında açıqlamalar verilmişdir. Rəsulullahdan (s) bu barədə şiə və əhli sünnə mənbələrində nəql edilən hədislər təvatür həddini belə aşmaqdadır. Nümunə olaraq bu hədislərdən bir neçəsini burada zikr edirik:

Abdullah ibn Məsud Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Əhli Beytimdən (ə) adı Mehdi (ə.f) olan biri ümmətimə hökm etmədikcə dünyanın sonu gəlməz.” (Biharul Ənvar, c.51, s.75; Isbatul Hüdat, c.7, s.9)

Əbul Hicaf da Peyğəmbərin (s) üç dəfə belə buyurduğunu rəvayət edir: “Mehdi (ə.f) barəsində müjdələr olsun sizə. Xalqın dağıldığı və çətinliklərin baş verdiyi zaman Mehdi (ə.f) zühur edəcək. Zülm və sitəmli dolan yer üzünü ədalətlə dolduracaq. Onun yolu ilə gedənlərin ürəyini ibadətlə dolduracaq və ədaləti hər kəsi örtəcək.” ( Biharul Ənvar, c.51, s.74)

Digər bir hədisdə də Peyğəmbərin (s) belə buyurduğu nəql edilmişdir: “Bizdən olan haqq  Qaim  (ə.f) qiyam etmədikcə əsla qiyamət qopmaz. Bu da Allahın icazə verdiyi bir zamanda olacaq. Ona tabe olan xilas olar, ondan geri qalan isə həlak olar. Ey Allahın qulları, Allahdan qorxun; Mehdi (ə.f) zühur edincə, hər şeyi buraxıb mümkün olan hər vəsilə ilə ona doğru gedin. Çünki o, Allahın xəlifəsi və mənim qəyyumumdur. ” (Biharul Ənvar, c.51, s.65; Isbatul Hüdat, c.6, s.382)

Peyğəmbər (s) belə buyurmuşdur: “Övladlarımdan olan Mehdini (ə.f) inkar edən məni inkar etmişdir.” (Biharul Ənvar, c.51, s.73)

Və yenə Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Hüseynin (ə) övladlarından olan biri ümmətimin işlərini ələ keçirmədikcə dünya sona çatmaz. O, zülm və sitəmlə dolan yer üzünü ədalətlə dolduracaq.” (Biharul Ənvar, c.51, s.73)

“Məhdilik inancı” kitabından

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

 

Leave a Comment