Məhəmməd Kaşaninin minacatı

Bismillahir Rəhmanir Rəhim

Şeyx Əbdürrəzzaq Xansari, İsfahanın böyük ariflərindən olmuş, “mələk sifətində insan” sayılan mərhum hacı molla Hüseyn Əli Siddiqinin dilindən belə nəql edir: Tələbəlik dövründə arabir gecələr ustadım mərhum Əllamə Cəlilağa Seyid Əbül-Qasim Dehkərdinin otağında qalardım. Cümə axşamı idi. Hava çox təmiz idi. Bu vaxtlar adətən mədrəsədə tələbə olmazdı. Kənd uşaqları kəndə gedər, şəhər uşaqları öz evlərində qalardılar. Bəziləri də “Kumeyl” duası oxumaq üçün məsciddə olardılar. Bir sözlə, cümə axşamları mədrəsədə çox az adam qalardı. Mədrəsədə qalanlar da yatardılar. Həyətə çıxanda dam-divarın, həyətdəki ağacların bir səslə “ya həyyu ya qəyyum” dediyini eşitdim. Bədənimə titrətmə düşdü. Həyətdəki quyudan su çəkib dəstəmaz almağa başladım. Təkrar həmin səsi eşitdim. Bəzən də “ya Subbuh, ya Quddus” zikri eşidilirdi. Yuxuda və ya oyaq olduğumu müəyyənləşdirə bilmirdim. Əl-ayağımı tərpədib gördüm ki, oyağam. Üçüncü dəfə “Subbuhun Quddus” sədası gəldi. Özümdə bir hal hiss etdim. Allahla raz-niyaza başladım. Mədrəsənin həyətində addımlamağa başladım. Əllamə Həkim axund molla Məhəmməd Kaşaninin otağının qapısına çatanda onun minacat halında olduğunu eşitdim. “Ya Həyyu ya Qəyyum” deyəndə ətraf ona səs verirdi.

 

Məhəmməd Cavad Nurməhəmmədi, Ariflərdən

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment