Bismillahir rəhmanir rəhim
Kişinin kişiyə baxmasının hökmləri:
Məsələ 1: Kişilər başqa kişilərin övrəteyni istisna olmaqla, bir-birlərinin bütün bədənlərinə baxa bilərlər, bu şərtlə ki, ləzzət və “reybə” qəsdi olmasın.
İmam, Fazil və Məkarim: “Ürvə”nin “Nikah” bölməsi, məsələ: 28, yenə orada, 1-ci cild, “səfr və satir” bölməsi, səh.549.
İmam: “Təhrir”, “Nikah”, məsələ: 16, “Tovzihul-məsail”, məsələ: 2438.
Bəhcət: “Tovzihul-məsail”, məsələ: 1940.
Təbrizi: “Tovzihul-məsail”, məsələ: 2445 və 2447.
Xamenei: İstifta.
Sistani: “Minhacus-salehin”, “nikah”, məsələ: 12; “Tovzihul-məsail”, məsələ: 2447.
Fazil: “Tovzihul-məsail”, məsələ: 2080.
Məkarim: “Tovzihul-məsail”, məsələ: 285.
* NƏTİCƏDƏ: Kişinin başqa bir kişinin hər bir yerinə, hətta üzünə, əllərinə ləzzət və reybə qəsdilə baxması haramdır.
Həmçinin kişilər başqa kişilərin övrəteyninə baxa bilməzlər, istər ləzzət və reybə qəsdilə olsun, istərsə də olmasın.
Diqqət!
Əgər bir insan fəsada düşəcəyindən qorxursa ona reybə deyilir.
Məsələ 2: Əgər bir kişi başqa bir kişinin bədəninə baxacağı surətdə, günaha düşəcəyindən qorxursa, onun bədəninə baxa bilməz.
İmam, Bəhcət, Təbrizi, Sistani, Fazil, Məkarim: Əvvəlki məsələnin mənbələri.
Məsələ (Sual) 3: “Övrəteyn” dedikdə məqsəd nədir?
Cavab: Kişilərdə qubula (idrarın xaric olduğu məcra və xayalara) və dubura, qadınlarda isə qubul (fərcin hamısı) və dubura (ğaitin xaric olduğu yer) deyilir.
İmam, Fazil, Məkarim: “Ürvə”, “sətr və satir”, səh.550.
İmam: “Təhrir”, “nikah”, məsələ: 16.
Bəhcət və Xamenei: İstifta.
Təbrizi: “Siratun-nəcat”, 1488-ci sualdan istifadə etməklə.
Sistani: “Minhacus-salehin”, “nikah”, məsələ: 12; “Əhkamul-xəlvət”, 55-ci məsələdən əvvəli.
* NƏTİCƏDƏ:
İnsanın arxasında olan əzələ yerləri (yanı) övrəteyndən sayılmır və ona baxmağın işkalı yoxdur, baxmayaraq ki, ehtiyat-müstəhəb onu tərk etməkdir.
Məsələ (Sual) 4: Baseynlərdə (hovuzlarda), hamamlarda, dəniz sahillərində kişilər plavka (şort) geyinirlər ki, bədənlərinin dərisi görünməsə də, övrəteynin həcmi tamamilə aşkar olur, kişilərin onlara baxması caizdirmi?
Cavab: Örtüyə malik olmaq dedikdə məqsəd, bədənin dərisinin görünməməsidir. Əgər bunun ardınca bir fəsad gəlməzsə, ona baxmağın işkalı yoxdur.
İmam, Təbrizi, Xamenei, Sistani, Fazil: İstifta
Bəhcət: Əgər fitnə-fəsada məruz qalarsa, caiz deyildir: İstifta.
Məkarim: Əgər həcmi tamamilə görünərsə, ona baxmaq işkallıdır. İstifta.
Məsələ 5: Atalar həddi-büluğa çatmış oğlanlarının övrəteyninə baxa bilməzlər. (İstər hamamda, istərsə də başqa yerlərdə.) Ehtiyat-vacibə görə hətta həddi-büluğdan qabaq da (müməyyiz olan zamanlarda) onların övrətinə baxmamalıdırlar.
İmam, Xamenei, Fazil, Məkarim: “Ürvə”, “nikah”, məsələ: 28-dən istifadə etməklə. 1-ci cild, “sətr və satir”, səh.549.
İmam: “Təhrir”, “nikah”, məsələ: 16; “Tovzihul-məsail”, məsələ: 2436.
Bəhcət və Təbrizi: Müməyyiz oğlan uşağının övrətinə baxmaq haramdır. İstifta.
Bəhcət: “Tovzihul-məsail”, məsələ: 1938.
Təbrizi: “Tovzihul-məsail”, məsələ: 2445.
Sistani: “Minhacus-salehin”, “təharət” kitabı, 55-ci məsələdən əvvəl, “Nikah”, 12 və 20-ci məsələlərdən istifadə etməklə.
Fazil: “Tovzihul-məsail”, 2506-2508-məsələlərdən istifadə etməklə.
Məkarim: “Tovzihul-məsail”, məsələ: 2083.
Məsələ 6: Zərurət halı istisna olmaqla, həkimlərin başqa kişilərin övrəteyninə baxması haramdır.
İmam, Xamenei, Sistani, Fazil, Məkarim: Əvvəlki məsələlərin mənbələrindən istifadə etməklə.
Təbrizi: “Tovzihul-məsail”, 2445 və 2451-ci məsələlərdən istifadə etməklə.
Məkarim: “Tovzihul-məsail”, 2085-ci məsələdən istifadə etməklə.
Bəhcət: Əgər kişi həkimlərinin başqa kişinin övrəteyninə müalicə etmək məqsədilə baxmasının işkalı yoxdur. “Tovzihul-məsail”, 1938, 1942 və İstiftadan istifadə etməklə.
Seyyid Məhəmməd Məsud Məsumi, Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.