İntizarın dəyəri

Bismillahir Rəhmanir Rəhim

İntizar müvəffəqiyyət yolunda irəliləyən insanların ən yüksək xüsusiyyətlərindən biridir. Çünki vəhy xanədanının qeybət dövründə böyük ilahi şəxsiyyətlər ilə əlaqədar buyurduqları dəyərli kəlamlara əsasən, zühurun həqiqi intizarını çəkənlər bütün zamanlarda insanların ən fəzilətlisi hesab olunurlar.

Buna görə də bir qrup insanlar intizar məsələsindən əldə etdikləri kamil bir nəticə əsasında onu müvəffəqiyyətin bu dövrdəki ən mühüm amili hesab edir və inanırlar ki, insan bütün təkamül amillərini həqiqi intizarda axtarıb tapa, onun vasitəsilə mənəviyyət qüllələrinə doğru pərvaz edə və özünü ictimai çətinliklərdən və ruhi giriftarçılıqlardan xilas edə bilər.

İntizar özünün kamil və həqiqi mənasında çox çətin bir halətdir. Sanki sirlərlə dolu bir yığındır ki, onu əhatə etmişdir, çox az layiqli insanlar onun kamal həddinə nail və düşmənlərin şayiələrindən amanda olmuş-lar.

Çünki intizar onun son və ali mərhələsində – belə ki, İmam Zaman (ə.c)-ın xüsusi səhabələri üçün belə bir mərhələ mövcuddur – qeyri adi qüdrətlərdən istifadə etməklə asimani quruluşun bərqərar edilməsi və o həzrətin mələkuti hökumətində xidmətçilik üçün kömək və hazırlıq mənasınadır.

İntizar kerçəkləşdiyi hər bir mərhələdə bir növ qeyd aləmindən batini bir imdad diləmək, Allah dərgahına yaxınlaşmaq yoludur, əgər bu davam edib təkamülə çatarsa, zamanın keçməsi ilə insan hüququnun dərinliklərində mövcud olan qaranlıqlar, onun agah olmadığı batinindəki zülmətlər məhv olacaq və insanın batinində nurani bacalar yaranacaq və bu yolla da təkamül yolunu onun üzünə açacaqdır. Çünki intizar bütün yönlərdə hazırlıq halətindən ibarətdir, batini səfa-səmimiyyət və nuraniyyətlə dolu olan bir dünyaya doğru yönəldir. Bütün şər və şeytani qüdrətlərin və qüvvələrin məhv olduğu, ilahi nurların bütün insanların ruhlarına saçdığı bu dünyada…

Bu həqiqətə diqqət yetirməklə belə deyirik: İntizar yolunun ən ali mərhələsinə qədəm qoyan bir şəxs xariquladə qüdrətlərə malik olmalıdır. Çünki bildiyiniz kimi İmam Əsir (ə.f)-ın hökuməti mələkuti və son dərəcə misilsiz olan bir hökumətdir ki, onun kamil şəkildə dərk edilməsi bizim təfəkkür qüdrətimizdən çox-çox yuxarıdır. Köməkçiləri pərvanə kimi o həzrətin vücudunun şamı ətrafına yığışmalı, o həzrətə kömək etməlidirlər ki, həm özləri bu yolda irəliləyənlərdən olsunlar, həm də o həzrətin mələkuti fərmanlarına itaət etmək qüdrətinə malik olsunlar ki, bu da xariquladə qüdrətlər tələb edir.

İmam Zaman (ə.c)-in 313 nəfər seçilmiş köməkçilərinin xüsusiyyət və vəsflərini bəyan edən rəvayətlər onları ruhi və qeyri-adi, hətta qeybət dövründə belə bir qüdrətə malik olanlar kimi təqdim edir.

 

Seyyid Mürtəza Müctehidi, İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1)

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

2 thoughts on “İntizarın dəyəri”

Leave a Comment