İntizar haləti

Bismillahir rəhmanir rəhim

Biz çalışmalıyıq ki, intizarın həqiqi mənasından agah olaq və bu həqiqəti həm özümüzdə, həm də başqalarında icad edək.

İntizar məsələsinin ümumi bir məsələ olması, onun əzəmətini öyrənmək və başqalarına öyrətmək üçün müxtəlif yollar vardır ki, onlardan istifadə etməklə intizar halətini cəmiyyətdə icad edə və onların vücudlarının ənginliklərində intizar toxumlarını cücərdə bilərik. İndi isə ən mühüm yolları bəyan edirik ki, onların vasitəsilə cəmiyyət intizar məsələsinə doğru meyl edir:

1-İmam Zaman (ə.c)-in əzəmətini tanımaq, əzəmətli vilayət məqamı ilə tanış olmaq;

2-İntizarın qəribə əsərlərini, onun kamil mənasını və ali mərhələlərini bilmək;

3-İmam Zaman (ə)-ın səhabələrinin vəsf və xüsusiyyətlərini öyrənmək, belə ki, onlar intizarın ən ali mərhələsinə çatmış, çox yüksək və əzəmətli ruhi qüdrətdən bəhrələnmişlər və İmam Zaman (ə)-ın fərmanlarına sözsüz itaət edirlər.

4-İnsan və dünyanın gələcəyi ilə, zühur dövründəki insanların həyatında baş verən mühüm və əzəmətli dəyişikliklərlə tanış olmaq.

İmam Zaman (ə.c)-ın məqamı barədə mərifət kəsb etmək, o həzrətin köməkçilərini tanımaq, əqlin təkmil olunması və elmin təkamülü, qeyb aləmi ilə rabitə bərqərar edilməsi, naməlum varlıqları tanımaq, asimanlara və uzaq fəzalara səfər etmək və bu qədimdən olan digər məsələlər insanları İmam Zaman (ə)-ın zühur məsələsinə doğru səsləyir, o həzrətin sirli və əzəmətli dövləti üçün hazırlıq və intizar halətini onlarda icad edir.

Bu cür həqiqətlər barədə elm və agahlıq əldə etmək pak xislətli insanların hamısının qəlbində və ruhunda eşq və həyəcan yaradır, onları bu alicənab şəxsin dövründəki gözəl yaşayışa aşiq edir, hər bir insanın danılmaz vəzifəsindən ibarət olan intizar və zühurun gözlənilməsi halətini cəmiyyətdə icad edir.

 

Seyyid Mürtəza Müctəhidi, “İntizar”

Məlumatlardan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment