İnsan həyatında qeybi yardım

Bismillahir Rəhmanir Rəhim    

Dünyanın gələcəyi.

Biz bir müsəlman və mömin kimi gələcəyin kainata hakim olacağına inanırıq.Bizim bu imanımız gözümüz önündə baş verən fəlakətlərin təhlükəsini azaldır.İndiki zamanda insaniyyətə üz verən təhlükələr kainatın bütünlüklə fənaya uğramasından xəbər verir.Çünki biz bəşəriyyətin  milyonlarla il bundan sonra  gələcəyi olduğundan arxayınıq.Bu arxayınçılıq Peyğəmbər(s) və İmamların(ə) təlimlərindən irəli gəlir.Həqiqətdə bunun özü istinad etdiyimiz bir qeybi yardımdır.

Əgər fəzada böyük bir kometanın Yer kurəsinə sürətlə yaxınlaşdığını və altı aydan sonra Yer kurəsini toza çevirəcəyini xəbər versələr,yenə də bizim qəlblərimizə heç bir qorxu siraət edə bilməzdi.Çünki biz qəlblərimizin dərinliklərində bəşəriyyətin fənaya uğramasının zamanı yetişmədiyindəm arxayınıq.

Həmçinin,biz yer kurəsinin kometa və ya ulduz vasitəsi ilə dağılacağına və ya bəşəriyyətin çirkin əlləri ilə dağılacağına inanmırıq.

Bəs başqaları?

Görəsən, onlar da bu sözlərə inanmırlar?

Görəsən, onlar da Yerin,insanın,həyatın,səadətin,ədalətin və azadlığın gələcəyindən arxayındırlarmı?

Xeyr!…

Biz daimi olaraq siyasətçilərin çıxışlarında mədəniyyətin və bəşəriyyətin gələcəyindən qorxduqlarının və bundan narahat olduqlarının şahidi oluruq.Əgər dini təlimlər və qeybi yardıma olan imanımızı kənara qoysaq və zahiri illət və səbəbləri mülahizə etsək, o zaman biz də onlar kimi qorxu və təlaş hissləri keçirər və onların haqq olduğuna inanmış olarıq.

Onlar nə üçün təlaş içindədirlər?

Bir düyməni basmaqla bütün dünyanı xaraba qoya biləcək silahlardan sonra bəşəriyyətin gələcəyindən necə arxayın olmaq olar?

Aləm əzəmətli barıt kütləsinin bütün dünyanı külə döndərməyəcəyinə necə rahat ola bilər?

Rassel tərtib etdiyi:” Yeni arzular” kitabında deyir:” Müasir zamanda heyrət,zəiflik,qüdrətsizlik vüsət almaqdadır.Biz istəmədiyimiz müharibənin yaxınlaşdığını görürük.Bəşəriyyətin böyük bir hissəsini yox edə biləcək müharibə.Biz isə ilan görmüş dovşan kimi yerimizdə dayanmışıq.Gizlində təhlükənin yaxınlaşdığını müşahidə edir və nə edəcəyimizi bilmirik.Təcrübə olunmuş qorxulu nüvə və hidrogen silahları hər yerdə yayılmaqdadır.Biz isə öz aramızda Rus ordusunun xəbərlərini,(Rassel bu kitabı Avropanın Sovet ittifaqından qorxduğu zamanlarda tərtib etmişdir,lakin Çin ordusu artıq Rus və Avropa ordusunu lərzəyə salıb) qıtlıq,vəhşilik və digər qorxunc xəbərləri izləyirik.Yaşadığımız zamanda aciz və zəlil kimi bu məsələyə qarşı öz mövqeyimizi bildirməyə qadir deyilik”.

Görəsən,bəşəriyyət bu məsələyə qarşı öz mövqeyini bildirməyə qadirdimi?

Həmçinin,Rassel deyir:” Tarixi baxımdan insanın meydana gəlməsi uzun zamanlara təsadüf edir,gioloji baxımdan isə çox az bir zaman mövcuddur.Deyirlər,insan milliyon illər bundan öncə mövcud olmuşdur.Eynşteyn və bəzi alimlər belə hesab edirlər ki,insanın həyat müddəti ötüb keçmişdir.İnsan qarşıdan gələn bir neçə il ərzində böyük elmi inkşaf vasitəsilə özünü məhv edəcəkdir”.

Əgər biz də bütün məsələlərə səbəb və maddi hadisələr baxımından yanaşsaq, o zaman o təlaş hissi bizi də ağuşuna alar.Bu mənfi baxışları rahat müsbət baxışlara yalnız imanın ruhu vasitəsi ilə dəyişmək olar.Çünki bəşəriyyətin gələcəkdə gözlədiyi gözəl günlər,rahat həyat,səadət,əmin-amanlıq və ədalətə inanırıq.

Əgər biz də yaranan təlaş hissləri qəbul etsəydik,o zaman insan həyatı gülünc vəziyyətə düşmüş olardı.Sanki bu həyat bıçaq götürərək öz qarnına sancan körpə uşağın həyatına bənzəyərdi.

Deyilənlərə görə,yer kurəsinin qırx milyard yaşı vardır.İnsan ömrü isə bu planetdə milyon ilə bərabərdir.

Həmçinin,deyilənlərə görə,əgər yer kurəsinin ömrü bir il olsaydı, o zaman səkkiz ay müddətində bu planetdə insan həyatı olmayacaqdır.Yer kurəsinin yaranışından doqquz ay ötdükdən sonra tək hüceyrəli viruslar meydana gələcək,on ikinci ayın ikinci həftəsində məməli heyvanlar yaranacaq,ilin son saatının dörddə bir hissəsində isə insan meydana gələcəkdi.İnsan meydana gəldikdən son altmış saniyəyə qədər meşələrdə və mağaralarda vəhşi həyat sürəcək,son altmışıncı saniyədə isə insanın bütün istedadı,təbiəti özünə ram etmək üçün əqli qüvvəsindən istifadə etməsi,mədəniyyətin yaranması və şəhərlərin salınması meydana gələcəkdir.İnsan bu son altmış saniyədə özünün Allah tərəfindən Yer kurəsinin xəlifəsi olduğunu sübut edərək bu vazifəni çiyinlərində daşıyacaqdır.

Əgər indi desələr ki,insan öz elmi məharəti ilə özünü tez bir zamanda məhv edəcəkdir,o zaman insanın ömrü bir-iki addım yeriməyə bərabər olardı.Bütün bunları demiş olsalar belə,yalnız insanın əbəs yerə yaranmadığı mənasına işarə etmiş olardı.

Bəli,bir fizika alimi buna israrla etiqad edir.Lakin İlahi məktəbdə tərbiyə almış insanın bu cür fikirləşməsi mümkün deyil.O deyir:” Bir neçe axmağın kainatı məhv etməsi mümkün deyil”.Həmçinin, o, kainatın böyük bir fəlakətlə üzləşməsinə də inanır.Lakin  Allahın bizdən əvvəlkiləri fəlakətlərdən xilas etməsinin  yenidən təkrarlanacağına da inanır.Belə ki, o yaxın zamanlarda qeybi imdadın yetişəcəyinə və Allah tərəfindən bəşəriyyətə nicat verən və xilaskar göndəriləcəyinə inanır.( Mərhum ustadın bu sözləri bu yaxınlarda ekranlara çıxmış “2012”Amerika filminin müəlliflərinə gözəl cavabdır.Allah sənə rəhmət eləsin,ustad!-red.)

Ruhani insan isə kainat əbəs yerə yaranmadığına inanır və ateistlərin ortaya atdıqları insanın özünü məhv edəcəyi fikrini qəbul etmir.

Bəşəriyyətin yaxın zamanlarda süqut edəcəyi fikri Allahın hikmətinə müxalifdir.Hikmət və inayətin məqsədi bütün mümkünatları hədəfə çatdırmaqdır.

Xeyr…Yer kürəsinin ömrü bitməmişdir,hələ o ilk mərhələləri yaşayır.Çünki bəşəriyyət ədalət,xeyir,səadət,əmin-amanlıq və rahatlıq üzərində qurulacaq böyük bir dövlətin yaranacağını gözləyir.

Vəd olunmuş gün yetişəcək və günəş Rəbbinin Nuru ilə yeri işıqlandıracaqdır.

Zülm vüsət aldığı zaman Qaim(xilaskar) (ə.f) zühur edəcək,ədalətlə hökm verəcək,yollarda əmin-amanlıq yaranacaq, yer bütün nemətlərini üzə çıxaracaq,sədəqə verməklə yaxşılıq etməyə kimsə tapılmayacaqdır.Bu Allahın buyurduğu:”Gözəl aqibət müttəqilərindir”-sözləridir.”

Təlaş hissi keçirməkdən,oturub bəşəriyyətin qalan ömrünü hesablamaqdan və bu kimi işlərlə məşğul olmaqdan, hər bir bulud arxasında dayanmış qalibiyyət günəşini seyr etmak daha yaxşıdır.Çünki şər yalnız zülmətdə at çapır.

İmam Əli (ə) Məhdinin (ə.f) zühuruna işarə edərək buyurur:”Sizin aranızda şiddətli,şərlə dolu,zəif və məzlumlara şirin,zalımlara acı dadan bir müharibə başlayacaq.Bir sabah gələcək,vali hər kəsi öz əməlinə görə mühakimə edəcək,yer öz bərəkətini (qızıl və gümüş) üzə çıxaracaqdır.Ədalətin nə olduğunu görəcəksiniz.Hədis və Qurandan ölmüş fikirləri dirildəcəkdir.”

Imam Əli (ə) bir sabah bəzi üzlərin qaralacağına və zülmət buludlarının arxasında qalibiyyət günəşinin doğacağına işarə edir.Qurani-Kərim buyurur:

 “Artıq Biz zikrdən sonra Zəburda Yerin həqiqi varislərinin yalnız saleh bəndələrin olacağını yazmışıq.”(Əl-Ənbiya surəsi,ayə 105).

Bəli,bu Mehdi (ə.f) məsələsində ən əzəmətli fəlsəfədir.

Mehdi (ə.f) məsələsi bizi böyük böhranların yaranmasından xəbərdar etmasilə yanaşı bundan sonra səadətin,haqqın və ədalətin qalib gələcəyi ilə müjdələyir.Bu,insanlığın ən böyük arzusudur.Ey Rəbbim! Bizi Səndən İslam və müsəlmanları əzizləyən,nifaq və münafiqləri zəlil edən kəramətli dövlət qurmağını xahiş edirik! Bizi bu dövlətdə Sənə itaətə dəvət edənlərdən və bu işdə öndə gedənlərdən et! Bizi bu dövlətdə dünya və axirət ruziləri ilə kəramətləndir!

“İnsan həyatında qeybi yardım”. Ustad,  M.Mütəhərri.

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment