Bismillahir Rəhmanir Rəhim
İmamlıq, Allah elçisinin İslam ümməti üzərində dini və dünyəvi xilafəti deməkdir. İmam, Allahın izni ilə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) tərəfindən təyin olunmalıdır. Ona görə ki, belə bir məsuliyyəti qəbul edəni Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) daha yaxşı tanıyır. Həmin səbəbdən tarixdə peyğəmbərlərin özlərindən sonra canişinlərini təyin etdiklərini müşahidə edirik. Allah peyğəmbəri Musa (əleyhissalam) Yuşəbni Nunu öz canişini təyin edir. Allah peyğəmbəri Davudun oğlu Süleyman (əleyhissalam) Asif ibini Bərxiyanı öz canişini təyin edir. Allah peyğəmbəri İsa (əleyhissalam) həvariləri öz canişini təyin edir.
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) peyğəmbərliyin elan edəndən sonra Əhəd ibni Amir Həzrətdən soruşur: Biz Sizin bütün əmrlərinizə tabeyik. Ya Rəsuləllah! Allah sizə sizdən sonra canişin təyin edibmi? (Yəni imamət) Həzrət cavabında buyurur: “Bəli təyin olunub. Allah istədiyin bu məqama seçər!…!”
Həmçinin İslam Peyğəmbərini (səlləllahu əleyhi və alehi və səlləm) peyğəmbərliyə seçilən vaxtda Allah-taala tərəfindən öz canişinlərini də təkidlə elan etməsi məlum olur. Başqa yerdə islam Peyğəmbərini (səlləllahu əleyhi və alehi və səlləm) öz canişinlərinin təkbətək adlarını da deməsi tarixdən məlumdur. Onlar, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) Əhli-Beytidir (əleyhissalam). On iki nəfərdirlər. Birincisi imam Əli ibni Əbi Talib (əleyhissalam) və sonuncusu imam Mühəmməd ibni həsən Əl-Məhdi Müntəzərdir. (Allah zühurunu tezləşdirsin).
İslam Peyğəmbərinin (s) Əhli-Beyt (ə)-ın İmamliği barəsindəki hədislərindən
Müsəlman alimlərinin əksəriyyəti Əhli-Beytin (əleyhissalam) imaməti barəsində İslam Peyğəmbərindən(səlləllahu əleyhi və alehi və səlləm) çoxlu hədislər nəql ediblər. Onlardan bəzilərinə işarə edirik:
1. SƏQƏLEYN HƏDİSİ: (İKİ AĞIR ƏMANƏT)
أيها الناس إني قد تركت فيكم ما إن أخذتم به لن تضلوا بعدى : الثقلين وأحدهما أكبر من الاخر ؛ كتاب الله حبل ممدود من السماء إلى الارض وعترتي أهل بيتي وانهما لن يفترقا حتى يردا علي الحوض فانظروا كيف تخلفوني فيهما
“Ey müsəlmanlar! Mən sizin aranızda iki qiymətli əmanət qoyub gedirəm. Əgər onlardan yapışsanız məndən sonra yolunuzdan azmazsınız. İki böyük əmanətdən biri göylərdən yerə qədər yetən Allahın kitabı Quran, digəri isə Əhli-Beytimdir. Bu iki əmanət Qiyamətdə hövzu Kovvsərdə mənə yetişənə qədər bir-birində ayrılmaz! Baxın görüm onlarla necə rəftar edəcəksiniz?”
2. SƏFİNƏ HƏDİSİ: (GƏMİYƏ BƏNZƏR)
انما مثل اهل بيتي فيكم كمثل سفينة نوح، من ركبها نجا و من تخلف عنها غرق
“Mənim Əhli-Beytimin misalı sizin aranızda Nuhun gəmisinə bənzər. Hər kim mindisə nicat tapdı, amma hər kim dala qalsa həlak olar!”
3. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: Məndən sonra on iki imam olar və hamısı da qureyşdən olar.
Seyyid Riyaz Əl-Həkim, Əqidəmiz nədir? 10 dərs
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.