Bismillahir Rəhmanir Rəhim
Biz inanırıq ki, bizim şəri hökmlərdə müraciət yerimiz olan haqq İmamlar (onların İmaməti aşkar bəyan olmuşdur) 12 nəfərdən ibarətdir ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) onların hamısının adlarını bəyan etmişdir. Bundan əlavə, hər İmam özündən sonrakı İmamı təyin etmişdir. İmamlar aşağıdakı ardıcıllıqladır:
Künyəsi Adı Ləqəbi Təvəllüdü Vəfatı
1. Əbul-Həsən Əliyyibni Əbitalib Murtəza besətdən 23 il əvvəl 40
2. Əbu Muhəmməd Həsən ibni Əli Zəkiyy 2-ci hicri ili 50
3. Əbu Əbdillah Hüseyn ibni Əli Seyyidüş-Şühəda 3 61
4. Əbu Muhəmməd Əliyyibnil-Hüseyn Zeynül Abidin 38 95
5. Əbu Cəfər Mühəmməd ibni Əli Baqir 57 114
6. Əbu Əbidllah Cəfər ibni Mühəmməd Sadiq 83 148
7. Əbu İbrahim Musəbni Cəfər Kazim 128 183
8. Əbul-Həsən Əliyyibni Musa Riza 148 203
9. Əbu Cəfər Mühəmməd ibni Əli Cəvad 195 220
10. Əbul-Həsən Əliyyibni Mühəmməd Hadi 212 253
11. Əbu Mühəmməd Həsən ibni Əli Əskəri 232 260
12. Əbul-Qasim Mühəmməd ibnil-Həsən Məhdi 256 ….
On ikinci İmam zəmanəmizdə Allahın yer üzündəki höccəti, bizim rəhbərimizdir. Allah-Taala onun zühurunu tezləşdirib, qiyamının müqəddiməsini asan etsin ki, o, yer üzünü haqq-ədalətlə doldursun. Necə ki, zülm və haqsızlıqla dolmuşdur.
HƏZRƏTİ MƏHDİ (Ə) BARƏSİNDƏKİ ƏQİDƏMİZ
Həzrət Fatimə (s.a)-nın övladlarından olan Məhdinin (ə.f) axırəz-zəmanda zuhur edib yer üzünün zülm və haqsızlıqla dolduqdan sonra haqq-ədalətlə dolduracağı müqdəsi mütəvatir hadisələrlə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunmuşdur. Belə ki, bütün müsəlman raviləri mövcud məsələdəki ixtilaflarına baxmayaraq, bu rəvayətləri nəql etmişlər.
Məhdi (ə.f) barəsində olan əqidə, təkcə şiələrə məxsus deyildir ki, bu əqidəni düzəltməklə zülümkarların zülmü müqabilində özlərinə təsəlli verib desinlər ki, nəhayət Həzrət zühur edib yer üzünü zülm və ədalətsizlikdən qurtaracaq. Necə ki, bəzi insafsız yanlışçılar bu əqidəni yalnız bu səbəbə görə şiələrə məxsus olduğunu iddia edirlər.
Əgər Məhdi (ə.f) barəsində olan əqidə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunmasaydı və bütün müsəlman firqələri onu 100% qəbul etməyib onun barəsində şəkk və tərəddüddə olsaydılar, onda İslamın əvvəllərində Keysaniyyə, Abbasilər və Ələvilərin Məhdəviyyət iddiası etmələri və nəticədə xalqı bu adla aldadaraq hakimiyyəti, səltənəti ələ keçirmələri qeyri-mümkün olardı.
Belə ki, onlar bu yalançı məhdəviyyət iddiaları ilə ümumxalq təfəkkürünə təsir etmək, öz nüfuzlarını genişləndirmək istəyirdilər. (Əgər bu əqidə təkcə şiələrə aid olsaydı, sözügedən iddiaçılar bu xas əqidədən istifadə edə bilməzdilər-müt.)
Biz şiələr İslam dinini haqq bir din kimi qəbul edib, onu ilahi dinlərin sonuncusu olduğuna eitiqad bəsləyir və bəşər cəmiyyətinin islahı üçün yeni bir dinin gələcəyini gözləmirik. Digər tərəfdən görürük ki, zülm, sitəm, fəsad, əxlaqi pozğunçuluq və eybəcərliklər texniki-tərəqqidə olan ölkələri elə tutmuşdur ki, düzlükdən, haqq-ədalətdən bir xəbər yoxdur. Hətta müsəlmanların özləri də İslam dinindən uzaqlaşaraq onun hökm və qanunlarına demək olar ki, heç bir ölkədə, hətta mindən birinə belə əməl etmirlər.
Bütün bunlarla yanaşı, islami mühitlərin- xoşagəlməz istiqamətlərə yönəlmək-vəziyyətini müşahidə etməklə labüd olaraq bilirik ki, dünyəvi islahatçının intizarında olmalıyıq ki, O (ə.f) İslamı özünün həqiqi əzəmət və qüdrətinə qaytarsın, zülmət və fəsad uçurumlarına yuvarlanmış dünyaya nicat versin.
Digər tərəfdən, bu gün müsəlmanların arasında ixtilafların, azğınçılıqların, bidətlərin, qanunlarda təhriflərin, günbəgün artdığı puç iddiaların büruz etdiyi bir dövrdə, İslamın öz ilkin dünyəvi əzəmət və qüdrətinə qayıtması mümkün deyildir.
Bunlara baxmayaraq, İslamın əzəmətini yenidən dirçəltməyə yalnız bir nəfər qadirdir. O da böyük islahatçı və rəhbərdir ki, Allahın geniş inayəti və lütfü sayəsində müsəlmanları müttəhid edəcək, batil əhlinin yaratdığı təhrifləri, İslama qoşulan bidətləri, azğınçılıqları aradan qaldıracaq. Yalnız tam mənada hidayət olunmuş və hidayət edən, əzəmətli, dünyəvi rəhbərliyə, qeyri-adi qüdrət və əzəmətə malik olan bir nəfər rəhbər dünyanı başdan-başa ədalətlə doldurmağa qadirdir.
Xülasə kimi demək olar ki, fəsad və pozğunçuluğun, ədalətsizlik və haqsızlığın dünyanı başdan-başa tutması (İslamın haqq olmasına, onun ilahi dinlərin sonuncusu olmasına imanla yanaşı), təbiidir ki, belə böyük bir islahatçının (Həzrət Məhdi) intizarında olmağı iqtiza edir ki, o (ə.f) özünün qüdrətli, yenilməz inqilabı ilə yer üzünü hazırkı vəziyyətdən xilas etsin.
Məhz bu cəhətdən nəinki bütün İslam firqələri, hətta qeyri-müsəlman xalqları da bu köklü etiqada iman bəsləyirlər. On iki İmam şiələrinin digər firqələrdən fərqi budur ki, onların əqidəsinə görə haqqında danışılan Məhdi 256-cı hicri ilində dünyaya gəlmişdir və hal-hazırda da sağdır.O, İmam Həsən Əsgəri (əleyhis-salam)-dan sonrakı İmam olub adı da Mühəmməddir. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və onun pak Əhli-beytindən çatan mütəvatir hədislərdə Həzrət Məhdinin dünyaya gəlib qeybə çəkiləcəyi barədə xəbər verilmişdir.
Hansısa zamanda İmamət silsiləsinin kəsilməsi səhih deyildir. Bizim gözlərimizdən qeybdə olmasına baxmayaraq, yer üzündə həmişə İmam olmalıdır ki, Allahın müəyyən etdiyi və ilahi sirlərdən olan, Ondan başqa heç kəsin bilmədiyi bir gündə zühur edib haq bayrağını dalğalandırsın.
Əlbəttə, aydındır ki, bu uzun müddət ərzində Həzrət Məhdi (ə.f)-in sağ qalıb yaşaması məsələsi ecazamiz (qeyri-adi və qeyri-təbii) işlərdəndir. Bu, o Həzrətin beş yaşında ikən, yəni əziz atasının şəhid edildiyi gündən İmamətə çatmasından, yaxud İsa (əleyhis-salam)-ın beşikdə ikən danışmasından və elə bu yaşda ikən peyğəmbərliyə seçilməsindən heç də artıq təəccüblü deyil.
Elm və tibb nöqteyi-nəzərindən təbii ömürdən (yaxud təbii təsəvvür olunan ömürdən) çox ömür sürmək qeyri-mümkün bir iş deyil. Amma əsas məsələ budur ki, tibb elmi hələ bəşər ömrünün uzadılmasında müvəffəq olmamışdır. Tibb elminin qadir olmadığı şeyə, Allah-Taala şəksiz ki, qadirdir. Quranın buyurduğu kimi, həzrət Nuh (əleyhis-salam)-ın uzun ömür sürməsi və İsa (əleyhis-salam)-ın hal-hazırda da diri olması faktiki olaraq baş vermişdir.
Çox təəccüblüdür ki, bəzən Qurana etiqad bəsləyənlər soruşurlar ki, görəsən təbii ömürdən artıq ömür sürmək mümkündürmü?!
Qeyd olunmalıdır ki, dünyəvi islahatçı olan Həzrət Məhdinin (ə.f) zühurunu gözləməyin mənası bu deyildir ki, müsəlmanlar əllərini bir-birinin üstünə qoyub haqqa kömək etmək, Allah yolunda cihad etmək, təbliğat aparmaq, xalqı yaxşı işlərə dəvət edib pis işlərdən çəkindirmək kimi vacibi işlərdən əl çəksinlər (və Həzrətin zühur edib bu işləri şəxsən yerinə yetirməsini arzu etsinlər-müt).
Əksinə, hər müsəlman şəxs həmişə özünün islami vəzifələrinə əməl etməkdə cavabdeh bilməlidir ki, dini mərifət kəsb etmək üçün, qanuni və düzgün yollarla çalışmalı, bacardığı qədər imkan daxilində xalqı yaxşılıqa dəvət edib pisliklərdən çəkindirsin. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) bu barədə buyurur:
Sizin hamınız bir-birinizə yol göstərməkdə (bir-birinizi islah etmək yolunda) məsuliyyət daşıyırsınız.
Deməli, heç bir müsəlman şəxsə rəva deyildir ki, bəşərə yol göstərib onları islah etmək üçün sadəcə Həzrət Məhdinin (ə.f) intizarında olaraq, özlərinin qəti vəzifəlirindən əl çəksinlər. Çünki, islahatçıya etiqad bəsləmək dini vəzifələrin götürülməsinə, vəzifənin təxirə salınmasına əsas ola bilməz.
Ayətullah Cəfər Sübhani İmamiyyə şiələrinin əqidə üsulları
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.