Bismillahir rəhmanir rəhim
Hz. Mehdi (ə.f) uzun bir qeybətdən sonra Məkkədə Kəbənin kənarında zühur edəcək. Peyğəmbərin (s) bayrağı, qılıncı, sarığı və köynəyi ondadır. Mələklər vasitəsiylə ona kömək ediləcək, İslam düşmənlərini öldürəcək və zalımlardan intiqam alacaq.
Məkkədə ona beyət edəcək olan xüsusi səhabələri 313 nəfərdir. İmam Mehdi (ə.f) bir müddət Məkkədə qaldıqdan sonra Mədinəyə gələcək, dostları igid, şücaətli, saleh, imanlı kəslərdir, ona itaətdə çalışqandırlar. Hara və hansı işə yönəlsələr mütləq zəfərə çatarlar.
İmam (ə.f) Mədinədə bir sıra döyüşlərdən sonra ordusuyla İraqa və Kufəyə gələcək, Kufədə Seyid Həsəni ilə görüşəcək, Seyid Həsəni və ordusu ona beyət edəcəklər. Hz. İsa səmadan enərək İmama köməkçi olacaq və namazda İmama iqtida edəcək.
İmamın hökumətinin mərkəzi Kufədir. İmam (ə.s) dünyanın şərq və qərbini fəth edib İslamı dünyanın dörd bir tərəfinə hakim edəcək. Allahın kitabı və Peyğəmbərin sünnəsinə görə əməl və hökm edəcək.
İmamın (a.f) hökumətində yer üzünün bütün bərəkətləri ortaya çıxacaq; sərvət, nemət, meyvə, və məhsullar çoxalacaq və hər kəs elə bir rifah və nemətə boğulacaq ki, zəkat və sədəqə vermək üçün kasıb tapılmayacaq və kimsə zəkat və sədəqə qəbul etməyəcək.
İmamın (a.f) qurduğu nizamda ədalət və təhlükəsizlik elə yerləşəcək ki, qoca bir qadın qızıl və ləl-cəvahirat dolu bir yükünü götürərək və tək başına piyada olaraq bir şəhərdən digərinə gedəcək olsa, heç kim onu narahat etməyəcək, sərvətinə göz dikməyəcək… Allah Təala insanlara elə bir güc verəcək ki, hər kəs olduğu yerdə onun sözlərini eşidəcək və İmam (ə.f) İslama həyat verəcək. ..[1]
[1] – Biharul Ənvar, c. 52, s. 279 və c. 53, s. 12. İkmaluddin, c. 2, s. 367.
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.