İmamın (ə) kiçik yaşda suallara cavab verməsi

Bismillahir rəhmanir rəhim

 

İmamət səmasının sonuncu parlaq ulduzu həyatının ilk dövrlərindən başlayaraq şiələrin müxtəlif məsələlər barəsindəki suallarına qənaətbəxş, möhkəm və tutarlı cavablar verir, onları xatircəm edirdi. Nümunə olaraq aşağıdakı rəvayəti ixtisarla nəql edirik:

Şiənin böyük şəxsiyyətlərindən olan Sə`d ibni Əbdullah Qummi, İmam Həsən Əsgəri (ə)-ın vəkili Əhməd ibni İshaq Qummi ilə birlikdə müəyyən sualların cavablarını almaq üçün İmam Həsən (ə)-ın hüzuruna gəlir. O, bu görüşü belə nəql edir:

Sualları soruşmaq istədiyim zaman İmam Həsən Əsgəri (ə) övladına işarə edərək buyurdu: «Mənim gözümün nurundan sual et!» Bu zaman uşaq mənə üz tutub buyurdu: «Nə istəyirsənsə soruş!…» Soruşdum: «كهيعص (müqəttəə hərflərindəndir) dedikdə, məqsəd nədir?» Buyurdu: «Bu qeybi, xəbərlərdən olan hərflərdir. Allah Özünün (peyğəmbəri və) bəndəsi olan Zəkəriyyanı ondan agah etmiş, sonra onu Həzrət Məhəmməd üçün xatırlatmışdır. Hadisə belə olmuşdu: Həzrəti Zəkəriya Allahdan istədi ki, beş nəfər ali-əbanın adlarını ona öyrətsin. Mütəal Allah Cəbraili ona nazil edərək bu adları ona öyrətdi. Zəkəriyya Məhəmməd, Əli, Fatimə, Həsən kimi müqəddəs adları dilinə gətirdiyi zaman çətinlikləri və qəm-qüssələri aradan qalxırdı, amma Hüseynin adını yad edən zaman qəhər boğazını tutur və bu işdən heyrətə dalırdı. Bir gün dedi: «Pərvərdigara» nə üçün o dörd nəfəri yad edən zaman qəm-qüssələrim və nigarançılıqlarım aradan gedir, rahat oluram və qəlbim aramlaşır, amma Hüseynin adını dilimə gətirən zaman göz yaşlarım axır və naləm ucalır?» Allah təala ona İmam Hüseyn (ə)-ın hadisəsini xəbər verib buyurdu:  كهيعص(bular hadisənin rəmzidir): (كاف) Kərbəlanın rəmzi, (هاء ) xanədanının şəhid olmasının rəmzi, (ياء) Yezidin adına kinayədir ki, İmam Hüseynə zülm etmişdir. (عين) O həzrətin susuzluğuna və ətəşinə işarədir. (صاد) imam Hüseynin səbir və müqavimət əlamətidir.»

Dedim: «Ey Mənim mövlam, nə üçün camaatın özlərinə imam tə`yin etmək və seçməsi qadağan olunmuşdur?. Buyurdu: İmam (seçmək dedikdə sənin məqsədin) islahatçı imamdır, yoxsa fəsad törədən imam? Dedim: «Saleh imamdır (ki, cəmiyyəti islah etsin).» Buyurdu: «Heç kəsin başqasının batinində və qəlbində olanlardan  xəbərdar olmadığına və onun məsləhət və düzgünlük yoxsa fəsad və təxribatçılıq barəsində fikirləşdiyini bilmədiyinə görə, ehtimal verilmirmi ki, camaatın seçdiyi bir müfsid (və təxribat əhli, günahkar) olsun?» Dedim: «Bəli mümkündür.» Buyurdu: «Səbəbi elə budur.»[7]

Qeyd etmək lazımdır ki, rəvayətin davamında imam Məhdi (ə) bunun üçün digər bir səbəb də bəyan etmiş, sonra da sair suallara cavab vermişdir ki, ixtisara riayət olunsun deyə, onları burada qeyd etmirik.

 

Erfan.ir

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment