İmamın (ə.f) ümmət üzərində haqqları

Bismillahir rəhmanir rəhim

 

    İmam Məhdi (ə)-ın ümmət üzərində bir sıra haqqları vardır ki, ümmət öz imamı və rəhbərinə münasibətdə bu hüquq və haqqlara riayət etməlidir. Bu hüquqlara misal olaraq göstərə bilərik:

1-Nemət verənin nemət verilən üzərində haqqı və ya vasiteyi-nemət haqqı.

Allah Rəsulu (s) buyurur: “Kim üsuluyca sizə yaxınlaşıb (sizdən bir şey istəsə) onu təmin edin. Əgər (verəcək) bir şey tapmasanız, onda onun üçün dua edin. (O qədər ki,) ta ki, onu təmin etdiyinizə arxayın olasınız”. (“Mikyalul-məkarim”, Muhəmmədtəqi Musəvi İsfahani, c.1, s.136)

“Xəraic” kitabında İmam Sadiq (ə)-dan nəql olunur ki, buyurub: “Ey Davud, əgər biz olmasaydıq çaylar axmaz, meyvələr yetişməz, ağaclar yaşıllaşmazdı”. (“Mikyalul-məkarim”, c.1, s.237)

Bəli, İmam Məhdi (ə) ümmətin vəliyyi-neməti, yəni, nemətlərin nazil olmasında əsas səbəbkarı və vasitəçisidir. O və onun pak ata-babaları (əleyhimus-səlam) “Camiə” ziyarətində də işarə edildiyi kimi “nemət vəliləridirlər”. Bu səbəbdən də bizlər o həzrətin (ə) bizlər üzərində olan bu haqqını tanımalı və əda etməliyik.

2-İmamın (ə) rəiyyət üzərində haqqı.

Şeyx Kuleyni “Kafi”də Əbi Həmzədən rəvayət edir ki, dedi: Əba Cəfərdən (İmam Baqir (ə)-dan) soruşdum: “İmamın camaat üzərində haqqı nədir?”, buyurdu: “İmamın onlar üzərindəki haqqı budur ki, onun (sözünü) eşidib itaət etsinlər”. (“Kafi”, c.1, s.405, hədis 31)

3-Ağanın digərləri üzərindəki haqqı.

Əimmə (ə)-ın başçılıq və ağalığının mənası, onların möminlərə “özlərindən daha üstün olmaları”dır. Allahu-təala buyurur: “Peyğəmbər möminlərə onların özlərindən daha üstündür”. (Əhzab surəsi, 56)

Peyğəmbər (s)-dən rəvayət edilir ki, buyurur:

Biz Müttəlib övladları cənnətin ağalarıyıq: Mən, Həmzə, Əli, Cəfər, Həsən, Hüseyn və Məhdi”. (“Sünən”, İbn Macə, c.2, hədis 1368, “Müstədrək”, Hakim, c.3, s.211, “əl-Bəyan”, Gənci Şafei, bab 3, s.101-102)

Əimmə (ə)-ın ağa olmasına “Camiə ziyarəti”ndə də işarə edilmişdir: “..Ağa olan vəlilərsiniz”.

4-Allah Rəsuluna (s) yaxın – qohum olmaları haqqı.

Allahu-təala buyurur: “De, sizdən bunun (təbliğimin) müqabilində bir şey istəmirəm. (Sizdən istədiyim yalnızca) yaxınlarıma məvəddət (daha artıq məhəbbət) bəsləməyinizdir”. (Şura surəsi, 23)

İbn Abbasdan nəql edilir ki, bu ayə nazil olan zaman Allah Rəsulundan  (s) “yaxın şəxslərin” kimlər olduğu soruşuldu. Bu zaman həzrət (s) buyurdu:

Əli, Fatimə və onların iki övladı”. (“Təfsiri Kəşşaf”, Zəməxşəri, c.4, s.219, “Durrul-mənsur”, Siyuti, c.6, s.7, “Zəxairul-uqba”, Muhibiddin Təbəri, 24, “Səvaiqul-muhriqə”, İbn Həcər, 101)

5-Valideynin övlad üzərindəki haqqı.      

Allah Rəsulu (s)-dən rəvayət edilir ki, buyurdu:

Ya Əli, mən və sən bu ümmətin atalarıyıq”.

Müvəffiq Xorasani Cabir bin Abdullahdan, o Əmmar b. Yasirdən, o da Əbu Əyyub əl-Ənsaridən nəql edir ki, Peyğəmbər (s) buyurdu: “Əlinin müsəlmanlar üzərində olan haqqı, atanın övladı üzərində olan haqqı kimidir”.

Imamalmahdi.com saytının ərəb bölməsinə istinadən

Məqalələrdən istifadə etdikdə zuhuradogru.org saytina keçidli istinad zəruridir.

Leave a Comment