Bismillahir rəhmanir rəhim
Məlum olduğu kimi məhəbbət müstəqil şəkildə yalnız Allaha məxsusdur:
“Əgər Allahdan daha sevimlidirsə…” (Tövbə surəsi, 24), “O onları sevər, onlar da Onu” (Maidə surəsi, 54)
Allahu-təalanın əsl məhəbbətindən Onun Peyğəmbərinin (s) məhəbbəti qarışıya gəlir:
“Əgər Allahdan və Rəsulundan daha sevimlidirsə…” (Tövbə surəsi, 24), “Əgər Allahı sevirsinizsə mənə tabe olun..” (Ali-İmran surəsi, 32)
Ona olan sevgidən də ailəsinin sevgisi yaranır:
“De: Sizdən bunun (təbliğimin) müqabilində yaxınlarıma məhəbbətdən başqa bir muzd istəmirəm” (Şura, 23).
Mübarək tövhid yolu əsl həqiqətdə məhəbbət yoludur. İslam tarixi Allahın, Onun sevgili Peyğəmbəri (ə) və Əhli-Beytinin (ə) məhəbbətinin feyzi ilə doludur. Görəsən, Bədr və ya Kərbəla səhnəsi bu sevgidən başqa bir şeylə yaranıb?
İmam Məhdi (ə), Allahın vəsisi, Peyğəmbərin (s) övladı, ilahi rəhbər və xilaskar olan bir şəxs, arxasında İsa ibn Məryəm (ə)-ın namaz qılacağı və bütün ilahi risalətlərin hədəflərini həyata keçirəcək şəxsə qarşı necə, məhəbbət bəsləməli deyilik?
Deməli vaciblərdən biri də qəlblərimizi o həzrətə qarşı şövq və istək ilə abad etməkdir, hal dili ilə belə deməkdir:
Ey Əhmədin oğlu, görəsən bir yol varmı ki, sənə gətirib çıxarsın və səninlə görüşdürsün?
Görəsən bir sabah günümüz sənin gününlə birləşəcək və biz səndən bəhrələncəyikmi?
Nə vaxt sənə çatacağıq və gözlərimiz nurlanacaq?
Nə vaxt sən bizi, biz səni görərik, nə vaxt qələbə bayrağını açarsan?
Nə vaxt biz sənin ətrafın yığışacağıq və nə vaxt gəlib dünyanı ədalətlə dolduracaqsan? (Nüdbə duasından)
O Allahın vəliyyi-əzəmidir.
Hədislərin birində gəlmişdir ki, Allah Rəsulu (s) merac gecəsi Əli (ə), Fatimə (s.ə) və imamları (ə) görür və deyir:
“Ey Rəbbim, bunlar kimidirlər?
Rəbbi cavab verir: Bunlar imamlardırlar. Bu ayaq üstə duran (Qaim) isə halalımı halal, haramımı haram edəcək və düşmənlərimdən intiqam alacaq şəxsdir. Ey Muhəmməd (s), sev onu! Çünki Mən onu sevirəm və onu sevəni də sevirəm” (Mikyalul-Məkarim: 2/138).
İmamlardan (ə) bəhs edən başqa bir hədisdə isə Allah Rəsulu (s) buyurur:
“Kim Allahla imanı kamil vəziyyətdə görüşmək istəyirsə, höccət Sahibəz-Zəmanı dost tutub (sevsin). Bunlar zülmət çıraqları, hidayət imamları, təqva rəhbərləridirlər. Kim onları sevib dost tutarsa, mən Allah yanında onun üçün Cənnətə zaminəm” (Biharul-Ənvar: 36/297).
Əmirəl-Möminin (ə)-dan nəql edilən bir hədisdə isə deyilir:
“İlahi onun beyətini qəmdən çıxış (amili) qərar ver. Onunla ümmətin birliyini bərpa et. Sonra əli ilə sinəsinə işarə edib dedi – Ah, onu necə də görmək istərdim” (Ğeybəti-Numani: 214).
Bir dostunun ona qarşı hansı həddə məhəbbət bəsləməli olduğunu gözəl bir şəkildə açıqlayan başqa bir kəlam da İmam Sadiq (ə) barədə nəql olunan bu hədisdir:
“..Ey ağam, sənin qeybətin yuxumu alıb, (dünyanı) mənə dar edib, qəlbimin rahatlığını məndən alıb. Ey ağam, sənin qeybətin müsibətlərimi daimi olan fəlakətlərə çevirib, birini digərindən sonra əldən vermək bizim say və cəmiyyətimizin məhv olmasına səbəb olur. Heç hiss etmirəm ki, gözlərimin yaşları quruya, sinəmin naləsi sönə və aram ola…”
İmamdan (ə) bu ağlama və kədərinin səbəbini soruşduqda buyurur:
“Bu gün səhər Cəfr kitabına baxdım. O, elə bir kitabdır ki, (bütün) müsibət, bəla və fəlakətlər, (həmçinin) olmuş və qiyamətə qədər olacaq şeylərin elmi orada (yazılıb). O, elə bir kitabdır ki, Allah onu Muhəmmədə (s) və ondan sonra gələcək İmamlara (əleyhimus-səlam) məxsus etmişdir. Orada bizim Qaimimizin doğumunu, qeybə çəkilməsini, (zühurunun) gecikməsini, ömrünün uzun olmasını və o zamanda möminlərin bəlalara tuş gəlməsini oxudum..”(Kəmalud-Din, bab 33, səh.352)
“Adabu asrul-Ğeybə”, Şeyx Hüseyn əl-Kəvrani
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.
Allah kimeyiniz olsyn