İmam Zaman (ə)-ın qoşunu hazırda mövcuddurmu?

Bismillahir rəhmanir rəhim

 

Sual: Görəsən İmam Məhdi (ə)-ın hal-hazırda qoşunu varmıdır, yoxsa qoşunu o həzrətlə birgə zühur edəcək?

Cavab: Şübhə yoxdur ki, İmam (ə)-ın qoşunu onunla birgə xüruc edəcək. Əgər sualdakı qoşundan məqsəd 313 nəfər bayraq sahibidirsə, bilmək lazımdır ki, bunlar zühurdan azacıq əvvəl mövcud olacaqlar. Biz bilmirik hal-hazırda həmin dövrdəyik, yoxsa yox.

Əgər sualdan məqsəd İmam (ə)-ın on min nəfərlik qoşunudursa, onların da vəziyyət həmçinin 313 nəfərin vəziyyəti kimidir.

Lakin əgər qoşundan məqsəd o Həzrətin (ə) müntəzirləri və onunla görüş arzusu ilə yaşayanlardırsa, o zaman deməliyik ki, bu şəxslər hər bir zamanda mövcuddurlar və onların mövcudluğu təkcə bu zamana aid deyil.

 

İmam Məhdi (ə) barədə araşdırmalar mərkəzi

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

    

Leave a Comment