İmam Zaman (ə)-ın elmi ilə bağlı bir şübhə və cavabı

Bismillahir rəhmanir rəhim

 

Sual: Hədislərin birində İmam Sadiq (ə)-dan belə nəql olunmuşdur: “Bizim Qaimimiz (ə) qiyam etdiyi zaman Allah ona sima (insanları üzdən tanıma) elmi əta edəcək və beləcə kafir olan şəxs (üzündən tanınıb) ələ keçiriləcək…” (Biharul-Ənvar: 52/320, hədis 26). Bu hədis açıqca göstərir ki, nə qədər ki, İmam (ə) qiyam etməyib, sima elminə sahib deyildir. Bu isə o deməkdir ki, qiyam etməzdən qabaq İmamın elmi naqis vəziyyətdədir. Bu isə biz şiələrin əqidəsinin ziddinədir. Bizim əqidəmizə əsasən, məsum təkvini olaraq kamildir.

Cavab:

1)İmam Məhdi (ə)-ın məsum ola-ola inkişaf etməsi və kamilləşməsində bir problem yoxdur. Bir sıra hədislərdə gəlmişdir ki, İmamlara (ə) hər cümə gününün gecəsində yeni elmlər gəlir və onlar bu baxımdan inkişaf edirlər. Bu barədə ətraflı məlumat üçün “əl-Kafi” kitabının 1-ci cildinə, “İmamlar(ın elmi) (ə) hər cümə gününün gecəsi artır” babına və həmçinin, “Əgər İmamların (ə) elmləri artmasa (elmləri) tükənər (məhdud olar)” babına müraciət edə bilərsiniz.

2)İmama bu elmin əta edilməsi o demək deyil ki, o daha öncə bu elmdən məhrum olub.  Belə ki, məsələn, Qurani-Kərim qədr gecəsində nazil olub (Biz onu qədr gecəsi nazil etdik), lakin digər tərəfdən görürük ki, Allahu-təala belə buyurur: “Qur’anın sənə vəhy edilməsi sona çatmamışdan qabaq on(un mənimsənilməsi və oxunmasın)da tələsmə” (Taha surəsi, 114). Yəni, elm İmamdadır və hal-hazırda bu elmə malikdir, lakin ona əməl etməsi qiyam etdiyi vaxt olacaq.

3)Rəvayətdəki “əta etmə”dən məqsəd, o həzrətdə olan elmin həyata keçirilməsidir. Başqa sözlə, İmama (ə) özündə olan elmindən istifadə etmək icazəsi veriləcək. Çünki o həzrət Davud ailəsinin (ə) hökmü ilə hökm edəcək. Yəni, bu elm hal-hazırda onun yanındadır, lakin o bu elmdən istifadə etmir.

 

İmam Məhdi (ə) araşdırmalar mərkəzi

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

 

   

Leave a Comment