Bismillahir rəhmanir rəhim
Muhəmməd bin Ziyad İzdi deyir: “Ağam İmam Musa Kazimdan (ə) Loğman surəsinin 20-ci ayəsinin təfsiri barədə sual etdim. İmam (ə) buyurdu: “Aşkar nemət, aşkar olan imam deməkdir və batini nemət isə qeybdə olan imam deməkdir”.
“Məgər Allahın göylərdə və yerdəolanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri və s.) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar və gizli nemətlərisizə bolluca ehsan etdiyini görmürsünüzmü? İnsanlar içərisindəeləsidə vardır ki, nə bir elmi, nə birdoğru yol göstərən rəhbəri, nə də bir nurani (ilahi) kitabı olmadan Allah barəsində mübahisə edər”.
Bir neçə mətləb
1- Allahın nemətləri həm böyük, həm çoxlu sayda və həm də növbənöv olaraq bütün insanların ixtiyarına verilib.
2- Bu ayədə iki nemət barədə söz açılır: aşkar nemətlər (sağlamlıq, ruzu, gözəllik və sair kimi nemətlər) və gizli nemətlər (iman, mərifət, xatircəmlik, gözəl əxlaq, qeybdən gələn yardımlar, elm, fitrət, vilayət və sair kimi nemətlər).
3- Muhəmməd bin Ziyad İzdi deyir:
“Ağam İmam Musa Kazimdan (ə) Loğman surəsinin 20-ci ayəsinin təfsiri barədə sual etdim. İmam (ə) buyurdu: “Aşkar nemət, aşkar olan imam deməkdir və batini nemət isə qeybdə olan imam deməkdir. Soruşdum ki, imamlar (ə) arasında qeybdə olacaq bir imam varmı? İmam (ə) cavbında buyurdu: Bəli, O insanların gözünə görünməyəcək, amma möminlərin qəlblərindən qeybə çəkilməyəcək, xatırlanacaq. O biz imamların on ikincisidir.
Allah-Təala Ona hər bir çətin işi asan edəcək və çətinliklərini açacaqdır, yerin xəzinələrini Ona bildirəcək, hər bir uzağı Ona yaxınalaşdıracaq, Onun vasitəsilə bütün zalım-inadkar şəxsləri məhv edəcək və bütün itaətsiz şeytanları Onun vasitəsilə nabüd edəcəkdir. O, kənizlərin xanımının övladıdır, hansı ki, Onun dünyaya gəlişi insanlar üçün gizli və adını çəkmələri isə rəva olmayacaq; (bu)yer üzünün zülm ilə dolmuş olduğu bir zamanda Allah-Təala Onu zahir edənə kimi və yer üzünü ədalət ilə doldurana kimi (davam edəcək)”.
4- Yaradılmış nemətlər və onların funksiyalarına diqqətsizlik bəyənilmir və qınanılır.
5- Bütün nemətlər məqsədli şəkildə və insanların bəhrələnməsi üçün yaradııb.
6- Allahın nemətlərindən qafil olmamalı və onlara diqqətsiz yanaşmamalıyıq.
“Pərtovi əz ayehaye Məhdəvi”, Hüccətul-İslam Qiraəti
Mənbə: İhq.az