Bismillahir rəhmanir rəhim.
Möminlər tərəfindən ünvanlanan mühüm suallardan biri də həzrəti İmam Sahibəz-zəman (ə)-a məktub və ərizə yazmağın mümkün olub olmaması məsələsidir. Bəziləri bu işlərə xurafat kimi yanaşmış, bəziləri isə bunun heç bir əsasının olmamasını bildirmişlər. Lakin əsl həqiqət bundan ibarətdir ki, bu barədə dini kitablarda məlumat varid olmuşdur. Zəmanəmizin imamı həzrəti Sahibəz-Zəman Məhdi (ə.f)-ə məktub və ərizə yazmaq mümkündür və qədim alimlərimizin dəyərli kitablarında qeyd olunmuşdur. Belə kitablara misal olaraq, “əl-Misbah”, “əl-Bələdul-Əmin” və “Biharul-Ənvar” kimi qiymətli əsərləri göstərmək olar. Bir çoxları bu üsulla İmam (ə)-a təvəssül etmiş, məktubun (ərizənin) qəribə nəticələrini müşahidə etmişlər.
Qeyd etmək lazımdır ki, məktubun xüsusi mətni və yazılma qaydası vardır. Məktubun mətni – qeyd etdiyimiz kimi – bir sıra mötəbər kitablara gəlmiş və Şeyx Kəfəmi (r.ə), Əllamə Məclisi (r.ə) və s. kimi görkəmli alimlər tərəfindən təsdiq edilmişdir.
Məktubun yazılma qaydası bundan ibarətdir ki, məlum mətni bir kağıza yazırsınız. Mətni kağıza yazdıqdan sonra öz hacətlərinizi onun ardınca qeyd edirsiniz və həmin kağızı İmamlardan (ə) birinin zərihinə atırsınız. Əgər zərihə ata bilməsəniz, o zaman da pak torpaqdan palçıq düzəldirsiniz və kağızı qatlayıb həmin palçığın arasına qoyursunuz. Sonra isə onu çaya, çeşməyə və ya dərin bir quyuya atırsınız. Atdıqdan sonra həmin çayın və ya çeşmənin, yaxud quyunun başında dayanıb İmam Məhdi (ə)-ın dörd naibindən birini səsləyirsiniz və qeyd edilən duanı oxuyursunuz. Bundan sonra inşəallah ki, hacətləriniz rəva olur.
Mərhum Əllamə Məclisi (r.ə) buyurur: “Ərizəni suya atan zaman belə təsəvvür etsin ki, onu İmamın (ə.f) xas naibinə verir” (Bihar: 94/30).
Məktubun mətni belədir:
“بسم الله الرحمان الرحيم، كتبت يا مولاي صلوات الله عليك مستغيثا، و شكوت ما نزل بي مستجيرا بالله عز وجل ثم بك، من أمر قد دهمني، وأشغل قلبي، وأطال فكري، وسلبني بعض لبي، وغير خطير نعمة الله عندي، أسلمني عند تخيل وروده الخليل، وتبرأ مني عند ترائي إقباله إلى الحميم، وعجزت عن دفاعه حيلتي، وخانني في تحمله صبري، وقوتي، فلجأت فيه إليك، وتوكلت في المسألة لله جل ثناؤه عليه وعليك، في دفاعه عني، علما بمكانك من الله رب العالمين، ولى التدبير، ومالك الأمور، واثقا بك في المسارعة في الشفاعة إليه جل ثناؤه في أمري، متيقنا لاجابته تبارك وتعالى إياك باعطاء سؤلي، وأنت يا مولاي جدير بتحقيق ظني، وتصديق أملي فيك في أمر كذا وكذا… فيما لا طاقة لي بحمله، ولا صبر لي عليه، وإن كنت مستحقا له ولأضعافه، بقبيح أفعالي، و تفريطي في الواجبات التي لله عز وجل فأغثني يا مولاي صلوات الله عليك عند اللهف وقدم المسألة لله عز وجل في أمري قبل حلول التلف، وشماتة الأعداء، فبك بسطت النعمة علي. واسأل الله لي نصرا عزيزا، وفتحا قريبا، فيه بلوغ الآمال وخير المبادي وخواتيم الأعمال، والامن من المخاوف كلها في كل حال، إنه جل ثناؤه لما يشاء فعال، وهو حسبي ونعم الوكيل في المبدأ والمآل”.
“Kəza və kəza” (mətndə qırmızı ilə işarə olunan sözlərin) yerinə öz hacətlərinizi yazırsınız. Qeyd etdiyimiz kimi əgər bu kağızı İmamlardan (ə) birinin zərihinə ata bilməsəniz, deyilən qaydada çaya, çeşməyə və ya dərin quyuya atın və naiblərdən birini səsləyib deyin:
“يَا فُلَانَ بْنَ فُلَانٍ، سَلاَمٌ عَلَيْكَ أَشْهَدُ أَنَّ وَفَاتَكَ فِي سَبِيلِ اللهِ، وَ أَنَّكَ حَيٌّ عِنْدَ اللهِ مَرْزُوقٌ، وَقَدْ خَاطَبْتُكَ فِي حَيَاتِكَ الَّتِي لَكَ عِنْدَ اللهِ عَزَّ وَجَلَّ، وَهٰذِهِ رُقْعَتِي وَحَاجَتِي إِلَى مَوْلَانَا عَلَيْهِ السَّلَامُ فَسَلِّمْهَا إِلَيْهِ، فَأَنْتَ الثِّقَةُ الْأَمِينُ”
“Ya fulanəbnə fulan” (mətndə qırmızı rənglə ilə işarə olunub) sözünün yerinə naiblərdən birinin adını deyirsiniz Bundan sonra inşəallah hacətləriniz rəva olar.(“Misbahul-Kəfəmi”: 405, “Bələdül-Əmin”: 157, “Biharul-Ənvar”: 99/səh.235.)
Bu günümüzədək zəmanə İmamına (ə) bu şəkildə ərizə yazıb nəticə alan çoxlu şəxslər olmuşdur. Biz burada mərifət əhli, abid və zahid alim Ayətullah Muhəmmədkazım Qəzvininin (r.ə) başına gələn bir hadisəni qeyd etməyi münasib bilirik. Höccətul-İslam vəl-müslimin Əhməd Qazi Zahidi özünün “Şifteqane İmam Məhdi (ə)” kitabında mərhum Ayətullah Muhəmmədkazım Qəzvininin (r.ə) belə dediyini nəql edir:
“1392-ci hicri ilində Kərbəladakı mərceyi-təqlidlərdən biri dini elm tələbələrinin aylıq təqaüdlərini ödəməyi mənə tapşırdı. Bir dəfə ayın əvvəl gecəsi cümə gecəsinə təsadüf etdi və mənim yanımda tələbələrə paylamaq üçün pul olmadı. Lazım olan məbləğ təxminən min İraq dinarı qədər idi (və bu o zamanlar böyük məbləğ idi). Mən kimdən borc ala biləcəyim barədə düşünməyə başladım, lakin gördüm ki, borc alacaq bir kimsə yoxdur. Xüsusən də bəzi şəxslər pulunun qaytarılacağına görə zəmanət tələb edirdilər. Buna görə də İmam Məhdi (ə)-a xitab edib belə bir məktub yazdım: “Əgər mərhum Ayətullahul-üzma Seyyid Məhdi Bəhrul-ulumun Məkkeyi-Mükərrəmədəki əhavalatı doğrudursa, bu məbləği mənə çatdırın!”(Bir dəfə mərhum Seyyid Bəhrul-ulumun (r.ə) da başına belə bir əhvalat gəlir və həzrəti Höccət (ə) bu böyük mərcənin dadına yetirşərək lazım olan məbliği çatırır-müt). Bundan sonra ərizəni İmam Əba Əbdillah (ə)-ın zərihinə atdım. Səhər iki tulu arasında Bağdadın tacirlərindən biri bizə gəldi. Birlikdə səhər yeməyi yedik. Sonra mənə düz min dinar pul verdi!”. Bu zaman qəribə bir vəcd və sevinc halına büründüm və dərhal İmam Sahibəz-zəman (ə)-a xitab edib dedim: “Ağam, günəşin çıxmasını gözləmədin, bu qədər tez icabət etdin!” (Qəsəs və xəvatir: səh.596).
Tədqiq: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.