İmam ümid qaynağıdır

Bismillahir rəhmanir rəhim

Qaib İmama inanmaq, qurtuluşu gözləmək və onun zühurunu müşahidə etmək, insanlara böyük bir ümid verməkdədir. Bu ümid, müvəffəqiyyət və irəliləmədə ən böyük faktorlardan biridir. Ümidlərini itirən bir birlik əsla müvəffəqiyyətə çata bilməz.

Məsələn: Qərargahda olan bir komandirin varlığı, əsgərlərə ümid verər və onların səy göstərmələrini təmin edər. Komandirinin ölüm xəbərini eşidən bir ordu, yüksək texnika ilə bəzənmiş olsa da dağılar və əsgərlər ümidsizliyə qapılarlar.

Belə isə buna görə, Əhli Beytdən nəql edilən hədislərdə, qurtuluşu gözləmək ən böyük ibadətlərdən biri olduğu kimi haqq yolunda şahidliklə də bərabər sayılmışdır. İmam Sadiq (ə) belə buyurmuşdur: “Kim, biz Əhli Beytin vəlayətiylə qurtuluşu gözləyən bir halda ölsə, Qaimin (Mehdinin) ordusunda iştirak edən kimsə kimi olar.”

Hz. Əli (ə) də belə buyurmuşdur: “Bizim dövlətimizi gözləyən kimsə, Allah yolunda qanını tökən və canını verən kimsə kimidir.”

 

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.   

Leave a Comment