İmam Rzanın (ə) dilindən…

Bismillahir rəhmanir rəhim

  1. Rəyyan ibn Tamdan nəql edir: “Qaim haqqında İmam Rzadan (ə) sual soruşulduğunda belə buyurduğunu eşitdim: “Cismi görülməz və adı xatırlanmaz.” (əl-Kafi, c. 1, s. 268)

  2. Həsən ibn Xalid nəql edir: İmam Əli ibn Musa ər-Rza (ə) belə buyurdu: “Mənim övladlarımın dördüncüsü, kənizlərin ən üstününün oğludur. Allah onun vəsiləsiylə yer üzünü bütün zülm və haqsızlıqlardan təmizləyəcək. Xalqın doğumunda tərəddüd etdiyi qeybət sahibi odur. O, zühur etdiyində yer üzü Rəbbinin nuru ilə işıqlanacaq. Xalqın arasında ədalət ölçüsünü quracaq. Beləcə heç kim başqasına zülm etməyəcək. Yer üzü ona itaət edəcək və onun kölgəsi olmayacaq. Göydən bir nidaçı onun adına nida edəcək və yer üzündəki bütün xalq ona doğru edilən bu çağırışı eşidəcək: “Bilin ki, Allahın hüccəti Beytullahın yanında zühur etdi, ona tabe olun. Şübhəsiz haqq onunladır və ondadır.” Və bu mövzuda Allahın ayəsi budur: “Əgər istəsək onlara göydən bir ayə nazil edərik də hamısının boynu onun qarşısında əyilər.”
    “Yaxın bir məkandan bir nidaçı, o gün səs edər və onlar da o haqq səsi eşidərlər. Bax o zühur günüdür. Yəni oğlum Qaim Mehdinin zühuru.” (Yənabiul Məvəddə,  s.448)

 

Zuhuradogru.org 

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment