İmam Museyi Kazımın (ə) əshabı

Bismillahir rəhmanir rəhim

 

Həzrətin atası imam Sadiq (ə) vəfat edəndə onun tələbələri Imam Museyi Kazim əleyhissalama tərəf gəlib 33 il ərzində o həzrətin elm və bilik ümmanından yararlandılar. Həmin tələbələrdən bəzisi bunlardır:

1. Ibni Әbi Üməyr: Bu şəxs üç imamın (Imam Museyi Kazim, imam Rza və imam Cavadın) məhzərindən yararlanıb və öz zəmanəsinin tanınmış alimlərindən hesab olunurdu. Ondan çoxlu rəvayətlər yadigar qalıbdır.

O zamanın hökumətinə xəbər vermişdilər ki, Ibni Üməyr Iraq şiələrini tanıyır. Onu tutub tanıdığı adamların adlarını deməsini tələb etdikdə qəbul etmədiyindən soyundurulub xurma axacına bağlayaraq şallaqla yüz zərbə vursalar da lakin heç bir şey demdi.

Şeyx Müfidin verdiyi məlumata görə bu böyük səhabəni 17 il zindana salıb, var-dövlətini məhv etdilər, lakin bütün əzab-əziyyətlərə dözərək heç bir söz danışmadı.

2. Әli ibni Yəqtin: Imam Sadiq əleyhissalamın dostlarından və əshabından idi. Mərvan onu təqib edərək tutdurmaq istəsə də o qaçaraq arvad-uşağını Mədinəyə göndərdi. Әməvilər devrilib yerinə Abbasilər keçdikdən sonra Kufəyə qayıdıb Abbasilərlə yaxın əlaqə qurdu və dövlət məqamlarında yüksək vəzifələrə çataraq şiələrə böyük yardımlar etdi.

Harun onu öz vəziri təyin etmişdi. Amma o, əslində imamın məmuru idi və imamın əmrlərini yerinə yetirirdi.

O, dəfələrlə Abbasilərdən uzaqlaşmaq istəsə də, imam (ə) buna mane olmuşdu. O, imam (ə) zindanda ikən vəfat etdi. Ondan Әhli-beyt əsərləri olan bir çox kitablar yadigar qalmışdır.

3. Möminüt-taq: O, imam Sadiq (ə) və imam Museyi Kazimin əshabından idi. Imam Sadiq (ə) onu əshabının böyüklərindən sayaraq ona çox əhəmiyyət verirdi. Mömin mübahisədə çox bacarıqlı idi belə ki, hər kimlə mübahisə etsəydi qalib gələrdi.

Imam Sadiq (ə) onun barəsində belə buyurmuşdur: «Mömin, ovunun başına qonan qartal kimidir».

4. Hişam ibni Həkəm: O, mübahisədə ustad idi və hər yerdə elmi bir məsələ qabağa gəldikdə imam Sadiq (ə) onu göndərərdi ki, həmin məsələni həll etsin.

Imamlıqla əlaqədar mövzularda dərin biliyə malik idi, hazır-cavab idi, tövhid və əqaidlə əlaqədar məsələlərdə ustad sayılırdı. O, çoxlu kitablar yazıb ayrı-ayrı alimlərlə mübahisə edib hamısını məhkum etmişdi.

IMAMDAN QISA KӘLAMLAR

1. Öz zərərənizə olsa belə həmişə haqq danışın.

2. Pak bir rəhbər və hökmdar tapdıqda Allaha bu nemət üçün şükr edin.

3. Məzlumun haqqını almaq üçün zalıma qarşı çıx.

4. Әn yaxşı bəxşiş məzluma yardım etməkdir.

5. Dünya ilan kimidir: Zahirdə yumşaq və gözəldir, lakin içində isə öldürücü zəhəri vardır.

 

 İmam Museyi Kazimin həyatı, Mehdi Pişvayi

Leave a Comment