İmam Məhdinin azərbaycanlı vəkili-Qasim ibn Əla (2)

Bismillahir Rəhmanir Rəhim

Keçən məqaləmizdə qeyd etdiyimiz hədisdən aşağıdakı nəticələri əldə edirik:

1. Qasim ibn Əlanın (r) siqə- güvənilir olması. Belə ki, İmam Məhdi (ə.f) məktubla ona vəfat xəbərini bildirir.

2. Əimmə (ə) yanında uca məqam və dəyərə sahib olması. Belə ki, həzrəti İmam Rızanın (ə) ona öz köynəyini verməsi və İmam Məhdinin (ə) onun üçün paltarlar göndərməsi buna dəlildir.

3. İmamın vəkili olması. Bunu da İmamın (ə.f) səfirlər vasitəsilə ona məktublar göndərməsindən başa düşürük.

Vəkilliyi: Onun vəkalətini aşağıdakı hadisələrə əsasən isbat etmək olar:

1. Şeyx Tusinin nəql etdiyi hədisdə yer alan cümlələr, habelə onun İmamın (ə) vəqf malı ilə bağlı övladı ilə söhbəti və oğlu üçün İmamın (ə) duası kimi dua etməsi.

2. Hədis bildirir ki, İmam Məhdi (ə.f) ikinci və üçüncü səfirləri olan Əbu Cəfər Muhəmməd ibn Osman və Əbul-Qasim Hüseyn ibn Ruh vasitəsilə daim ona məktub göndərirmiş.

3. Şeyx Səduqun “Kəmalud-din” kitabında onun adı həzrəti İmam Məhdini (ə) görən və onun möcüzələrinə şahid olan vəkillər cərgəsində çəkilir. Şeyx Səduq yazır: “Əbu Əli Əsədi bizə atasından, o da Muhəmməd ibn Əba Əbdillah Kufidən nəql etdi ki, o Sahibəz-zəman (ə)-ın möcüzələrinə şahid olan və onu görən vəkillərin bir qisminin adını çəkdi. Bağdaddan… Azərbaycan camaatından Qasim ibn Əla”. (“Kəmalud-din”, s.406)

4. Həmçinin, Seyyid ibn Tavus özünün “Rəbiuş-şiə” kitabında onun adını qeyd etmişdir: “Onu (ə) görən və məktub alan vəkillərdən biri də… azərbaycanlı olan Qasim ibn Əladır”. (İddətur-rical, Kazimi Ə`rəci, 1/75)

5. Kəşşi özünün “Rical” kitabında nəql edir: “Qasim ibn Əlaya yalandan vəkillik iddia edən İbn Hilal barəsində (Əhməd ibn Hilal Əbərtai Kərxi) (İmam Məhdi (ə) tərəfdən) lənət bildirən bir məktub gəlmişdir… Məktubun mətni belədir: “Bizim yalançı İbni Hilal –Allah ona rəhm eləməsin–  barədə sözümüz sənə çatmışdı və sən (həqiqəti) bilmisən. O –Allah onun günahını bağışlamasın, (günah) yükünü yüngülləşdirməsin– hələ də bizim iznimiz və razılığımız olmadan bizim işimizə müdaxilə edir (vəkillik iddia edir). Özbaşına qərar verir…””. (“Şeyx Müfid, İrşad, 2/355”)

6. Şeyx Müfid “İrşad” kitabında Qasim ibn Əlanın özündən belə nəql edir: “Mənim bir neçə oğlum dünyaya gəlmişdi. Mən (İmam Məhdiyə (ə)) məktub yazır, onlar üçün dua etməsini istəyirdim, lakin o (ə) onlar barədə bir şey yazmırdı. Belə oldu ki, onların hamısı öldü. Oğlum Hüseyn dünyaya gəlincə ona məktub yazıb onun üçü dua etməsini istədim, (bu dəfə) cavab aldım. Övladım da həyatda qaldı, Allaha həmd olsun”.          

Əli Ə`səd, “Qasim bin əl-Əlaa”      

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

1 thought on “İmam Məhdinin azərbaycanlı vəkili-Qasim ibn Əla (2)”

Leave a Comment