Bismillahir Rəhmanir Rəhim
Mümkündür ki, deyilsin: Gizlində və qeybdə olduğu bir vaxtda İmam Məhdi (ə)-ın nə kimi faydası ola bilər?
Bu suala belə cavab vermək olar: Əvvəla, imamlığı vəd olunan Məhdinin (ə) olması və axirəz-zəmanda zühur etməsi kimi məsələlər sabit olduqdan sonra qiyamından öncə vücudunun hansı faydalara malik olmasını bilməməyin elə də zərəri yoxdur. Belə ki, biz Allahu-təalanın da bir çox fellərinin faydasından bixəbərik. Bəli biz bilirik ki, Allahu-təala bir şeyi etdiyi zaman yalnızca müəyyən bir hikmət və məqsəd əsasında edər və O ən doğru olanı edər. Lakin bununla belə bir çox hallarda bu işlərin hikmətindən və faydasından qəflətdə oluruq. Məgər bu Onun fellərinin faydasız olduğuna dəlil ola bilər? İkincisi, o həzrətin (ə.f) vücudunun -fərz etsək ki- təşrii cəhətdən faydası yoxdur, amma bununla belə təkvini cəhətdən çox böyük bir faydası vardır. İbni Həcər “Səvaiq” əsərində (s.150) Əhli-beyt (ə)-ın şəninə nazil olan ayələrdən yeddincisinin şərhində nəql edir: “Ulduzlar göy əhli üçün əmin-amanlıq mənbəyidir, mənim Əhli-beytim də ümmətim üçün”. Həmçinin, “Əhli-beytim yer əhli üçün əmin-amanlıq mənbəyidir. Əgər Əhli-beytim həlak olsa, yer əhlinə vəd edildikləri ayətlər (əzab nişanələri) gələr”. Həmçinin, ”Ulduzlar aradan getsələr, səma əhli də aradan gedər. Mənim Əhli-beytim aradan getsə, yer əhli aradan gedər”. Həmçinin, “Qüreyşdən olan on iki nəfər rəhbər şəxs (mövcud) olduqca bu din ayaqda qalacaq. Onlar getsələr yer öz əhlini udar…” O (ə) möminlərin din və dünyalarında onlar üçün bərəkət və nemət amilidir. O həzrətdən (ə) varid olan məktubların birində (Bihar, 52/92) deyilir ki: “Qeybdə olduğum müddətdə məndən yararlanmaq buludların gözlərdən gizlətdiyi günəşdən yararlanmaq kimidir. Mən yer əhli üçün əmin-amanlıq mənbəyiyəm, necə ki, ulduzlar göy əhli üçün əmin-amanlıq mənbəyidir”.
Bundan başqa “Kim zəmanəsinin imamını tanımadan ölərsə, cahiliyyə ölümü ilə ölmüşdür” kimi hədislər və “səqəleyn” hədisi kimi dəlillər bütün zamanlarda ilahi imamın və höccətin olmasının labüdlüyünü vurğulayır.
Bütün bunlar onu göstərir ki, həzrəti Məhdinin (ə) vucudunun faydaları -biz onlardan qafil olsaq belə- daim mövcuddur.
“Mərkəzul-əbhasil-əqaidiyyə”, “Məvsuət İmamil-Məhdi”
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.