İmam Məhdinin (ə.f) zühurunun şəraiti..

Bismillahir Rəhmanir Rəhim

“Sizdən bir sual soruşmaq istəyirəm. Aşuraçılar! Əgər bu cür inkişafla,irəliləyişlə, maneəsiz artan imkanlarla İslamın inkişafını gözümüzün önündə canlandlrsaq zühurun nə qədər yaxın olduğunu görmək asan deyilmi? Məntiqlə fikirləş bu qeybdən xəbər vermək deyil, zühurun şərtlərinə bax! Hadisənin (zühurun) baş verməsinə az qalıb elə deyilmi? Statistikaya, imkanlara bax, hesabla bizim qüdrətimiz qarşısında düşmənin açıq aşkar məğlubiyyətinə bax. Mən zühurun dəqiq ayını ilini deyə bilmərəm. Bir fikirləş! Həzrət Əba Əbdillah İmam Hüsey (ə) dan nəql olunan rəvayəti eşitməmisənsə deyim. Hazırda baş verən hadisələrə baxıb zühurun baş verəcəyini görmək olar. Zühurun şəraiti haqqında olan hədisləri oxuyun. Zühurdan öncə baş verəcək hadisələrini deyil şəraitinə baxın. Buyurulur ki, zühur o vaxt həyata keçər ki, zülm aşkar olar, zülm o vaxt baş verər ki, dünyada hərcmərclik baş alıb gedər, zühur o vaxt olar ki, zülmün sayı hesabı olmaz. Zühur bir dəstənin ona zəmin hazırladığı təqdirdə baş verər. Hansı biri həyata keçməyib? Məntiqlə düşünün artıq ancaq dua etmək lazım deyil. (Şəraitini də hazırlamaq lazımdır). Əlbəttə duanın da öz yeri var. Kəmalud-din Şeyx Səduq Əba Əbdillah Hüseyn (ə)ın dan baş verəcək zühur barədə belə buyurduğunu nəql edir: Allah zühurun şəraitini bir gecənin içində hazırlayar.”

Höccətul-İslam Əli Rza Pənahiyanın dəyərli bir çıxışından
Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment